VÖEN-lə işləyən fərdi sahibkarlara bəd xəbər


VÖEN-lə işləyən fərdi sahibkarlara bəd xəbər


Sosial mediada yayılan məlumata görə, "Sosial sığorta haqqında” qanuna bəzi dəyişikliklər ediləcək.



Qanununa təklif olunan dəyişikliklər aşağıdakılardı:

Nivea Black Form ƏTRAFLI

"14.5.1. sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında;

14.5.2. mülki hüquqi xarakterli müqavilələrlə işləyənlər üzrə ödəmə mənbəyindən tutulmaqla – gəlirlərinin 25 faizi miqdarında”.

Sığorta üzrə ekspert İlkin İbrahimov bizimyol.info-ya açıqlamasında "Sosial sığorta haqqında” qanuna təklif olunan dəyişiklikləri şərh edib: "Sosial sığorta haqqında” qanunun 14-cü maddəsi məcburi dövlət sosial sığorta haqqındadır.

Yəni sosial sığortanın kimlərdən yığılma qaydası və onlardan hansı faizlə tutulmanın üsul və vasitələrini konkret müəyyən edir. 14.5.1-ci maddəsində tikinti və ticarət sahələrində 50 faiz sosial sığorta haqqı olduğu kimi qalır, lakin digər sahələrdə işləyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər 20 faiz olan sosial sığorta haqqını yeni layihəyə əsasən 25 faizlə ödəyəcəklər.

Digər bir düzəliş isə hazırda 14.5.2-ci maddədə nəzərdə tutulur ki, mülki hüquq xarakterli müqavilələrlə işləyənlər üçün (sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) ödəmə mənbəyindən tutulmaqla -gəlirlərin 25 faizi yeni layihədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla sözləri çıxarılır və ümumi xidməti müqavilə ilə işləyən şəxslərə 25 faiz sosial sığorta haqqı ödəmək vəzifəsi qoyur”.

Ekspert bildirib ki, qanun sosial sığorta yığımlarının artması baxımından müsbət dəyərləndirilsə də, xidməti müqavilə ilə işləyənlərə daha çox vergi yükünə gətirib çıxaracaq: "Bu da 2019-cu ildə VÖEN-lə işləyən fərdi sahibkarların və fiziki şəxslərin vəziyyətini pisləşdirir. Nəticə etibarı ilə VÖEN- li fərdi sahibkarların 2019-cu ildə öz hesablarını bağlamasına gətirib çıxara bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu