Sumqayıt və Xızıda 50-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar verilib




Proqram çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına baxış olub



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının icrası işləri Sumqayıt şəhərində və Xızı rayonunda da uğurla davam etdirilir.

Cari ildə Sumqayıt şəhəri və Xızı rayonu üzrə 231 işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir hissəsi əlillliyi olanlar, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və digər həssas qruplara aid olanlardır. Həmin 231 nəfərdən artıq 50-dək şəxsə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam edir.

Proqram çərçivəsində yaradılan yeni təsərrüfatların bir hissəsi də istehsal və xidmət sahələrini əhatə edir. Belə ki, özünüməşğulluq proqramı iştirakçılarından bir neçəsi verilmiş mal və materiallar hesabına un məmulatları, şirniyyat istehsalı sexləri, avtoyuma məntəqəsi və s. yaradaraq istifadə edirlər. Eyni zamanda proqram çərçivəsində heyvandarlıq sahəsi üzrə də bir çox təsərrüfatlar yaradılıb.

Kiçik ailə təsərrüfatlarına sahib olmuş insanlar ölkə vətəndaşlarının məşğulluq imkanlarının artırılmasına, aztəminatlı ailələrin kiçik biznesə çıxışına şərait yaradılmasına, bu istiqamətdə mühüm tədbir kimi özünüməşğulluq proqramının icrasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar proqramın yaratdığı bu imkanlardan məqsədyönlü şəkildə istifadə edərək, öz təsərrüfatlarını inkişaf etdirməyə səy göstərəcəklərini qeyd ediblər.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu