İcbari tibbi sığortanın tətbiqi sağlamlığımızın qarantıdır


İcbari tibbi sığortanın tətbiqi sağlamlığımızın qarantıdır


Amerikan filosofu Ralf Uoldo Emerson deyib ki,sağlamlıqdan böyük zənginlik yoxdur. Bəli,sağlam olmaq hər kəsin arzusudur. Amma bəzən xəstəliklərdən də yan qaçmaq mümkün olmur.Ömründə heç xəstələnməyən insan var məgər? Olsa da barmaqla sayılacaq qədər azdır. Kimi az kimi çox hansısa yaşında hansısa xəsətliklə mübazirə aparmaq məcburiyyətində qalır. Xəstəliyin gətirdiyi sarsıntı bir yana bəladan qurtulmaq üçün müalicəyə pul tapa bilməmək də bir ayrı dərddir. Vaxtında aşkarlanan xəstəliyə zamanında edilən müalicə köməyə yetsə də hər kəsin maddi vəziyyəti şəfasını tez tapmağa imkan vermir. Bütün bunlar isə icbari tibbi sığortanın vacibliyini labüd edir.



Icbari tibbi sığorta-əhalinin sağlamlığının qorunması sistemində ən effektiv tibbi xidmətlərdən biridir.Səhiyyə xidmətinin əhəmiyyətli bir növü olub sosial müdafiənin də mühüm bir formasıdır. Çünki,icbari tibbi sığorta vətəndaşın səhiyyəyə cibindən pul xərcləmək zərurətini aradan qaldırır.Heç kəsə sirr deyil ki,bütün dünyada səhiyyə xərcləri çox bahadır və əhalinin real gəlirləri heç vaxt onları tam qarşılamaq iqtidarında olmur.Bu səbəbdən icbari tibbi sığorta bütün dünyada səhiyyə sisteminin idarəolunmasında maliyyələşdirilmənin ən optimal ən proqressiv bir üsulu kimi qiymətləndirilir. Azərbaycanda icbari tibbi sığorta hələki pilot olaraq Migəçevir, Ağdaş,Yevlax,Sədərəkdə tətbiq edilir.Bu ərazilərdə icbari tibbi sığortanın tətbiqinin effektivliyi 99 faiz olduğu qeydə alınıb. Ölüm və ağırlaşma halalarının əvvəlki illərlə müqayisədə minimuma endiyini də müşahidə edilib.Nəticə isə vətəndaş məmnunluğuna səbəb olub.Məhz buna görə də tezliklə bütün ölkə ərazisində icbari tibbi sığortanın tətbiq edilməsi nəzərdə tutulub.Hökümət 2020-ci ildə icbari tibbi sığortanının tətbiqinin bütün respublika ərazisi üçün planlaşdırır. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Millət vəkili Musa Quliyev deyir ki,prosesin tam olaraq işə düşməsi üçün 10 il lazım olacaq.Bildirir kİ,dünya təcürbəsində icbari tibbi sığortanın tətbiqinin başladığl vaxtdan tam qaydası ilə işləməsinə 10 bəzən də 15 il lazım gəlib.Bu səbəbdən bizdə də icbari tibbi sığortanın tam qaydası ilə işləməsi 2030-cü ildə mümkün olacaq.Millət vəkili onu da vurğuladı ki,ilkin mərhələdə bütün növ müalicə və müayinələrin daxil olduğu icbari tibbi sığorta zaman keçdikcə tək stasionar tibbi xidmət üçün deyil həm də ambulator müalicə üçün də tətbiq ediləcək.Hətta həkimin yazdığı resept əsasında apteklərdən dərmanı da icbari tibbi sığorta vasitəsilə almaq mümkün olacaq.İcbari tibbi sığorta ilə bütün növ əməliyyatları etdirilməsi üçün də imkan yaradılacaq.Lakin dövlət tərəfindən ayrı büdcə ilə illərdir müalicəsi maliyyələşdirilən xəstəliklər-vərəm,onkoloji,şəkərli diabet və s.bu kimi xəstəliklərin müalicəsi üçün icbari tibii sığorta tətbiq edilə bilməyəcək.
Ümumiyyətlə icbari tibbi sığorta sistemində daha bir üstün cəhət də odur ki, az və çox əmək haqqı almasından,işləyib işləməməsindən asılı olmayaraq tibbi sığorta xərtclərinin hamı üçün eyni olmasıdır. Uşaqlar,qocalar,qaçqın və məcburi köçkün ailələri,əlillər və sosial cəhətdən müdafiəyə ehtiyacı olan əhali qrupları, ailə başçısının itirən ailələr,tələbələr üçün icbari tibbi sığorta xərcləri bütövlükdə dövlət tərəfindən qarşılanır. İşləyən insanlar üçün isə əmək haqqının cüzi bir faizi məbləgində çıxılmaqla icbari tibbi sığortadan istifadə mümkünləşir.

Bəs icbari tibbi sığortanın tətbiqində dayanıqlı maliyyə mənbələrinin rolu nəcə tənzimlənəcək düşünürsünüzsə belə izah edək. İcbari tibbi sığortanın maliyyələşdirilməsi üc mənbədən həyata keçirilir. Bir hissəsi dövlət, bir hissəsi işəgötürən yerdə qalanı da işçi tərəfindən. Vəsaitlərin bölüşdürülməsi həm dövlətin həm işəgötürənin həm də vətəndaşın yükünü azaldır. İcbari tibbi sığortanın birinci əhəmiyyəti məhz bundan ibarətdir.İkinci əhəmiyyətini isə belə qiymətləndirə bilərik.İcbari tibbi sığortanın tətbiqi səhiyyə müəssisələri, tibb işçiləri arasında sağlam rəqabət mühüti yaradacaq ki,bu da işin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. İcbari tibbi sığortanın üçünçü əhəmiyyəti, tibb xərclərinin tək vətəndaş tərəfindən qarşılanmaması ilə vətəndaşın sabahına artan inamından ibarətdir. Yəni hər hansı bir xəstəlik yaxud hansısa bir qəzanın baş verməsi zamanı bütün xərclərin İcbari Tibbi Sığorta fonduna toplanan vəsait hesabina qarşılanması vətəndaşın özünü güvəndə hiss etməsinə səbəb olacaq.İcbari tibbi sığortanın əsas mahiyyəti də sadalanan bu üç əhəmiyətdən ibarətdir.Bütün bunlarla yanaşı vətəndaş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə sağlamlığını daim nəzarətdə saxlaya biləcək.Maliyyə vəsaitlərinin bölüşdürülməsi bütün maliyyənin bir tərəfin üzərinə düşməsi ehtimalını da aradan qaldırır. İcabri tibbi sığortanın tətbiqi ilə səhiyyə sahəsində yaranan sağlam rəqabət həkimlər bir-birinin qazancını hesablamasına şərait yaratmayacaq. Çünki,icbari tibbi sığortanın tətbiqi həkimlərin əmək haqqının diferensasiyasını aparmaqla yanaşı əlavə bonusların olmasına da imkan verəcək.

Icbari tibii sığortanın bütün xəstəcanalarda tətbiq edilməsidə gəlincə isə mütəxəsislər hesab edir ki,icbari tibbi sığortaya heç də bütün xəstəxanalar cəlb edilə bilməz. İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi yalnız bütün müayinələrin təyin etməyin,bütün müalicələrin aparıla biləcəyinin mümkün olduğu, ən son tibbi avadanlıqlarla təchiz edilən xəstəxanalarla əməkdaşlıq edəcək.Elə bütün bu qədər müsbət dəyişikliklərə görə də əhalinin sağlamlıqlığının qorunmasında icbari tibbi sığortanın tətbiqi mütləqdir.

Yazı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu” mövzusunda elan etdiyi müsabiqəyə verilir.

Aytən ABDULOVA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu