Azərbaycanda “qızıl medallı şagird” burulğanı: söhbət əslində nədən gedir

Xəbərin çap versiyası
Tarix: 6-12-2018, 12:00    |    Xəbər oxunub: 537 dəfə
Azərbaycanda “qızıl medallı şagird” burulğanı:


Azərbaycanda təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunacaqları haqda informasiya agentliklərindən birinin xəbəri iki gündür ölkəictimaiyyətində təhsil mövzusunda əsl burulğan yaradıb.

Xatırladaq ki, həmin məlumatda bu günlərdə parlamentin müzakirəsinə çıxarılan “Ümumi təhsil haqqında” qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində orta təhsilini qızıl medalla başa vuran məzunların yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul ediləcəyinə dair müddəanın yer aldığı iddia edilirdi.

Və xəbər dərhal sosial şəbəkələrdə və KİV-lərdə geniş müzakirəyə səbəb oldu. Çünki qızıl medallı orta məktəb məzunlarına ali məktəbələrə praktiki olaraq imtahansız qəbul olmaq şansının yaradılmasının təhsildə hansı sistemli korrupsiyanın bünövrəsini qoyacağını təxmin etmək çətin deyil. Hansı ki, bu korrupsiyanın sayəsində gələcəkdə hər sinifdən azı 5 qızıl medallı şagirdin məzun olması da mümkün ola bilərdi.

Məsələnin maraqlı tərəfi də budur ki, qanun layihəsinin hazırlanmasında birbaşa iştirak edən Təhsil Nazirliyi sükut nümayiş etdirib, xəbərin yanlış, yaxud doğru olduğunu açıqlamayıb.

Azərbaycanda “qızıl medallı şagird” burulğanı:


Lakin layihənin hazırlayan işçi qrupunun üzvü, təhsil eksperti Etibar Əliyev virtualaz.org-a deyir ki, layihədə əslində respublika səviyyəli olimpiadalarda qalib gələrək qızıl medal qazanmış məzunlardan söhbət gedir.

“Əslində məsələ yanlış təqdim olunub, qanun layihəsinə əsasən ancaq beynəlxalq və respublika səviyyəli olimpiadalarda qızıl medal qazanmış məzunlar ixtisas fənni üzrə imtahandan azad olacaqlar. Məsələn, kimya üzrə qalib olub qızıl medal qazanan məzun kimya fənnindən imtahandan azad olunacaq”, -ekspert deyib.

Etibar Əliyev əlavə edib ki, müzakirəyə çıxarılan layihədə orta təhsilini qızıl medal ilə başa vuran məzunların imtahandan azad olunacaqları ilə bağlı müddəa əksini tapmayıb.

Ekspert bildirir ki, belə güzəşt mexanizminin yaradılmasına qarşıdır. Çünki Dövlət İmtahan Mərkəzinin hər il apardığı təhlillər göstərir ki, abituriyentlərin əksəriyyəti orta məktəblərdə aldıqları yüksək qiymətləri qəbul imtahanlarında doğrulda bilmirlər. Başqa sözlə, orta məktəblərdə şagirdlərin biliyinin qiymətləndirilməsi təkmil deyil və əgər orta məktəbi qızıl medalla bitirənlərə ali məktəblərə imtahansız qəbul etmək şansı yaradılsaydı bu düzgün olmazdı.

Azərbaycanda “qızıl medallı şagird” burulğanı:


Deputat Fazil Mustafa da deyir ki, əgər qızıl medal almaq orta məktəbdə şagirdin biliyə həvəsini stimullaşdıracaqsa, ədalətli və gerçəyə uyğun olacaqsa, buna pis baxmır.

“Təhlükə bundan ibarətdir ki, medalı qazanıb haqq edən kənarda qala, medal isə başqasına verilə bilər. Bundan da pisi bu medalın qeyr-rəsmi qiyməti müəyyən olunaraq alver mənbəyinə dönə bilmək ehtimalıdır”-, deyə deputat narahatlığını ifadə edib.

Fazil Mustafa bunun baş verməməsi üçün çıxış yolunu ali məktəblərə qəbulun, test imtahanının dairəsinin genişləndirilməsində görür. Yəni ali məktəblərə qəbul kütləvi olsun, biliyindən asılı olaraq universiteti bitirmək tələbənin öz problemi olsun.

Azərbaycanda “qızıl medallı şagird” burulğanı:


Digər təhsil eksperti Kamran Əsədov isə bu məsələnin elə-belə ortaya atıldığını düşünmür. O deyir ki, indiki qaydalara görə şagird qızıl medal almaq üçün respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75 faiz əla qiymətlərlə bitirməlidir.

Amma medalın verilməsi çox hallarda şəffaf olmur. Belə ki, məktəb direktorunun bu məsələyə yaxından müdaxiləsi, şəxsi marağı qaçılmaz olur. Direktora bu və ya digər formada yaxın olan şəxslər bu adı almaq üçün təqdim olunur, amma istedadlı, bacarıqlı, lakin diektora yaxın olmayan şagirdlər isə bu mükafatlardan kənarda qalır.

“Yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olunma hüququnun verilməsi təhsil şöbələrinə, məktəb direktorlarına yeni rüşvət alma yolu açmış olacaq. Burda şəffaflığın təmin olunması çətin olacaq. Çünki hal hazırda 4500 orta məktəbdə baş verən hadisələrə müvafiq təhsil idarə edən qurumun müdaxiləsi, təsiri yox səviyyəsindədir”, -Əsədov bildirib

2018-ci ildə , 185 məzun qızıl, 38-məzun isə gümüş medala layiq görülüb. Amma qəbul imtahanlarında qızıl medal qazananların tam əksəriyyəti kifayət qədər aşağı bal toplayıb. Ekspertin fikrincə, statistik təhlilllər qızıl medalın verilməsində ciddi qanun pozuntuları, neqativ halların olduğunu göstərir.

Dövlət İmtahan Mərkəzindən deyiblər ki, layihədə orta məktəbi qızıl medulla bitirmiş məzunlarla bağlı müddəa var, amma icra mexanizmləri göstərilmir. Buna görə də qanunun qəbulunu gözləyirlər.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə layihənin qəbulundan əvvəl şərh vermək istəməyib.

Parlamentin elm və təhsil komitəsinin üzvü Musa Qasımlı iclasda olduğundan danışmaq istəmədiyini, komitənin sədri İsa Həbibbəyli isə iclasa getdiyindən danışa bilmədiyini dedi….

Son məlumata görə müzakirəyə təqdim edilən qanun layihəsində həqiqətən orta məktəbləri qızıl medalla bitirənlərin ali məktəblərə imtahansız qəbul edilməsinə yol açan müddəa olub, amma müzakirələr mərhələsində ekspertlər bu müddəaya qarşı çıxdıqlarına görə təklif dəstək qazanmayıb və layihədən çıxarılıb. Bunu da qızğın müzakirələrə səbəb olmuş həmin məlumatı yayan informasiya agentliyi bildirir...




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru






Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Qurban Qurbanov AFFA-nın təzminatından imtina etdi

Bakıda güclü külək gözlənilir-

Bakıda güclü külək gözlənilir- XƏBƏRDARLIQ

Dövlət himni ilə bağlı qadağa

Dövlət himni ilə bağlı qadağa

Erməni terrorçu Gəncədə hakim qarşısında

Erməni terrorçu Gəncədə hakim qarşısında

Büdcə kəsirinin yarısını gömrük örtəcək-

Büdcə kəsirinin yarısını gömrük örtəcək- İllik proqnoz 11 ayda icra olundu (Təhlil)

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb-

Məşhur müğənninin nəvəsi Bakıda arvadını 5-ci mərtəbədən atıb öldürüb- VİDEO+FOTOLAR

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Sabah bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Taksidə siqaret çəkənlər cərimələnəcəklər-

Taksidə siqaret çəkənlər cərimələnəcəklər- Qanun qüvvəyə mindi

Kiyevdə mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib

Kiyevdə mərhum prezident Heydər Əliyevin anım mərasimi keçirilib

Kərəm Həsənov Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Kərəm Həsənov Sumqayıtda vətəndaş qəbulu keçirəcək

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Bakcell daha bir iri məşğulluq sərgisinə qatılıb

Prezident rektorlarla bağlı fərman imzaladı

Prezident rektorlarla bağlı fərman imzaladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur