Əfqanıstanda həlak olan 43 nəfərin ailəsinə Prezident təqaüdü təyin olunub


Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan 43 nəfərin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 11 avqust tarixli Fərmanına əsasən, bu il yanvarın 1-dən Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilir. Cari ilin ilk rübündə qeyd olunan hərbi qulluqçulardan 43 nəfərinin 47 nəfər ailə üzvünə Prezident təqaüdü təyin olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AFN.az-a verilən məlumata görə, aylıq 200 manat məbləğində müəyyən olunan Prezident təqaüdü Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailə üzvlərinə (valideynlərinə və dul arvadına) təyin edilir. Təqaüd onların sayına bərabər bölünməklə ödənilir.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 360 nömrəli qərarı ilə təsdiq edilmiş müvafiq Qaydaya görə, həmin təqaüdün təyin olunması üçün vətəndaşlar ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinə (DSTX) və ya DSTX-nin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidirlər. Təqaüdün alınması üçün tələb olunan sənədlərin siyahısı ƏƏSMN-nin rəsmi saytının (mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümünün “Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün tələb edilən sənədlər” alt-bölümündə yerləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu