Baş infeksionist Azərbaycanda qızılca ilə bağlı son vəziyyəti açıqlayıb

Xəbərin çap versiyası
Tarix: 12-02-2019, 17:56    |    Xəbər oxunub: 526 dəfə
Baş infeksionist Azərbaycanda qızılca ilə bağlı son vəziyyəti açıqlayıb


“Azərbaycanda qızılca xəstəliyinə yoluxanların hamısı sağalıb”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev bildirib.

O deyib ki, ölkədə qızılcaya 55 yoluxma halı qeydə alınıb: “Bu xəstəliyə yuxarı yaş qrupuna aid insanlar yoluxub. Uşaqlar arasında qızılca müşahidə olunmur. Bunun da səbəbi odur ki, uşaqlar körpəlikdən hamısı peyvəndə cəlb olunub və onlar arasında bu xəstəliyə təkrar yoluxma müşahidə edilmir”.

C.İsayev qeyd edib ki, qızılcanın yayılmasının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi xaricdən 160 min doza peyvənd sifariş edib: “Peyvəndlər yaxın zamanlarda ölkəyə gətiriləcək və yəqin ki, fevral ayının axırı və ya mart ayında peyvəndləmə həyata keçiriləcək. Peyvəndlərin vurulması dövlət hesabına ödənişsiz olacaq”.

Qeyd edək ki, Gürcüstan paytaxtı Tbilisidə Ümumdünya Səhiyyə Təşkilatının hepatit mövzusuna həsr olunmuş regional konsultativ görüşü keçirilir. Azərbaycanı tədbirdə ölkənin baş infeksionisti C.İsayev təmsil edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Afiq Səfərov 12 il çalışdığı

Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir-

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Azərbaycanda meşələr çəpərə alınacaq

Azərbaycanda meşələr çəpərə alınacaq

Rusiyalı hərbi ekspert:

Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb-

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR

"Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

"Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Bakıda körpünün üstündə maşın aşıb

Bakıda körpünün üstündə maşın aşıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur