BNA tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı layihəyə başlayıb- VİDEO

Xəbərin çap versiyası
Tarix: 14-02-2019, 12:27    |    Xəbər oxunub: 515 dəfə
BNA tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması ilə bağlı layihəyə başlayıb-


Bakı Nəqliyyat Agentliyi “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı layihəyə başlayıb.



Agentlikdən AFN-ə verilən məlumatda bildirilir ki, layihəyə əsasən Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrut xətti üzrə sərnişin avtobuslarından istifadə edən sərnişinlər sükan arxasında tütün məmulatından istifadə edən sürücünün inzibati qaydada məsuliyyətə cəlb edilməsində iştirak edə bilər. Bunun üçün sürücünün xəta törətməsini aydın əks etdirən foto çəkilməli, avtobusun eyniləşdirmə və ya dövlət qeydiyyat nömrəsi, marşrut xəttinin nömrəsi barədə məlumatları Agentliyin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsinə və ya “Tütün” başlığı ilə [email protected] elektron ünvanına göndərilməlidir. Məlumatlar xətanın aşkar edildiyi andan 24 saat müddətinədək təqdim edilməlidir. Xətanı törədən sürücünün İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb edilərək 40 manatdan 50 manatadək məbləğdə cərimələnməsi həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və sərnişinləri aktiv olmağa dəvət edir.

Qeyd edək ki, rüblük olaraq daha çox inzibati xəta göndərən (məlumatları rəsmiləşdirilən) sərnişin mükafatlandırılacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Afiq Səfərov 12 il çalışdığı

Afiq Səfərov 12 il çalışdığı "Azərsun"dan ayrılmasının səbəbini açıqlayıb

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Brüsseldə keçiriləcək Ümumavropa Qarabağ mitinqi canlı yayımlanacaq

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Prezident Xəzərin statusuna dair Konvensiyanı təsdiqlədi

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir-

Ermənilər məşhur Azərbaycanlı jurnalisti öldürmək istəyir- “Bəlkə də bu, sonuncu müraciətimdir” (VİDEO)

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Kənd Təsərrüfatı Nazirliyində Xocalı faciəsi anılıb

Azərbaycanda meşələr çəpərə alınacaq

Azərbaycanda meşələr çəpərə alınacaq

Rusiyalı hərbi ekspert:

Rusiyalı hərbi ekspert: “Ermənistan işğal etdiyi torpaqları qaytarmalıdır”

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb-

Millət vəkili Kamaləddin Qafarov seçicilərlə görüşüb- FOTOLAR

"Azercell"in KSM strategiyası çərçivəsində 13 minə yaxın insan tibbi yardım alıb

"Azərbaycan-Slavyan Gənclərinin I Forumu" öz işinə başlayıb- FOTOLAR

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Regionlarda tikilən ən böyük içməli sutəmizləyici qurğu bu il istismara veriləcək

Bakıda körpünün üstündə maşın aşıb

Bakıda körpünün üstündə maşın aşıb

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur