Əcnəbi işçi qüvvəsinə tələbatla bağlı prosedurlar müzakirə olunub


Əcnəbi işçi qüvvəsinə tələbatla bağlı prosedurlar müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) nümayəndələri ilə görüş olub.

Nazirliyin məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov ötən dövrdə ölkəmizdə formalaşmış miqrasiya qanunvericiliyində mütərəqqi beynəlxalq yanaşmalara və bu qanunvericiliyin təkmilləşdirilməsi işlərində də qabaqcıl dünya təcrübəsinə istinad olunduğunu deyib.

İCMPD tərəfindən müvafiq layihə cərçivəsində həyata keçirilmiş “Azərbaycanın əmək bazarında əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən edilməsi” adlı tədqiqatın nəticələrindən bəhs olunub. Tədqiqatda İCMPD ilə birgə layihələr əsasında beynəlxalq təcrübə nəzərə alınmaqla əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun, yüksək ixtisaslı miqrant işçilərin cəlb olunması mexanizminin və s. təkmilləşdirilməsi ilə bağlı tövsiyələr də yer alıb.

Görüşdə ölkəmizdə əcnəbi işçi qüvvəsinə tələbatın müəyyən olunması prosedurunun təkmilləşdirilməsi məsələləri İCMPD-in nümayəndələri ilə birgə müzakirə olunub. Bu sahədə tədqiqatda əskini tapan tövsiyələrə uyğun istiqamətlər üzrə təkliflərin hazırlanaraq təqdim olunması razılaşdırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu