Ekspertdən Hadı Rəcəbliyə tutarlı cavab: "Bu, həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir"


Ekspertdən Hadı Rəcəbliyə tutarlı cavab:


"Hadı Rəcəbli deyir ki, ailədə 2 nəfər işləyəndə və üstəlik də adam iki yerdə çalışanda 180 manatla dolanmaq olar. Orta statistik Azərbaycan ailəsini götürək. Ər-arvad, 2 azyaşlı uşaq. Ərin də, arvadın da maaşı 180 manatdr - aylıq büdcələri cəmi 360 manat. Bu məbləğ yalnız ər-arvadın minimum ehtiyaclarını təmin etmək üçün yetərlidir, uşaqların yaşayış minimumu 160 manatdır".

AFN xəbər verir ki, bunu "Güzəran" Sosial Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli bildirib. Onun sözlərinə görə, Hadı Rəcəblinin məntiqincə, uşaqları böyütmək üçün ailə zəruri 320 manatı başqa işlərdə çalışıb əldə etməlidir: "Rəcəblinin məntiqinə görə, ər-arvad 8 saat dövlət işində çalışdıqdan sonra əlavə 8 saat da özəl sektorda çalışmalıdır. Yəni sutkada 16 saat. Ər və arvad sutkada 16 saat işləməklə Azərbaycan ordusunun gələcək əsgərini, Azərbaycan dövlət büdcəsinin vergi ödəyicisini böyütməlidir. Bu, həm konstitusiyaya, həm də əmək qanunvericiliyinə ziddir (mənəvi-etik tərəflərinə toxunmuram, çünki bu dəyərlər saxta deputatlara yaddır).
Yeri gəlmişkən, Hadı Rəcəblinin maaşı 1980 manatdır. Bu məbləğin yarısı qədər də (990 manat) aylıq müavinət alır. Yəni Rəcəblinin rəsmi aylıq gəliri 2 min 970 manatdır. Bu minimum əmək haqqından (180 manat) 16,5 dəfə, orta aylıq əmək haqqından (540 manat) 5,5 dəfə yüksəkdir. Söhbət yalnız rəsmi gəlirlərdən gedir, imtiyazlı biznesin böyük məbləğli gəlirlərini demirəm. Seçiciləri qarşısında hesabat verməyən və onların səsindən asılı olmayan deputatdan bundan artığını gözləmək olmaz".

Qeyd edək ki, mübahisəyə səbəb olan fikirləri Hadı Rəcəbli "Real" TV-yə müsahibəsində deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu