Ombudsman: "Təhsillə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir"


Ombudsman:


“Orta məktəblərdə əsas və tam orta təhsil üzrə keçirilmiş yekun qiymətləndirmənin nəticələrinə dair məlumatlar təhsilin real vəziyyəti ilə bağlı bir daha dərin düşünməyi və təxirəsalınmaz tədbirlər görülməsini tələb edir”.

Bu, ombudsmanın 2018-ci il üzrə illik məruzəsində əksini tapıb.

Məruzədə qeyd edilib ki, yekun qiymətləndirmənin aparılması bu prosesin mərhələlərə bölünməklə mürəkkəbləşdirilməsinə deyil, əksinə, onun daha da sadələşdirilməsinə xidmət etməli, eyni zamanda müvafiq kontingentə verilən təhsilin real səviyyəsinə uyğun olmalıdır. Digər tərəfdən, açıq və qapalı suallardan ibarət yekun qiymətləndirmə və imtahan suallarının sayı ilə onların həllinə ayrılmış vaxt arasındakı uyğunsuzluq şagirdlərə orta məktəblərdə verilmiş təhsilin obyektiv qiymətləndirilməsinə də mane olur. Ombudsman hesab edir ki, qeyd olunan reallığın nəzərə alınmaması X və XI siniflərdə təhsil alan şagirdlərin repetitorlara üz tutması ilə nəticələnir.

Sənəddə nəzərə çatdırılır ki, obyektiv nəticənin əldə edilməsi və işlək mexanizmin yaradılması məqsədi ilə belə taleyüklü ciddi qərarların qəbul edilməsi zamanı müəllimlərdən, mütəxəssislərdən və ekspertlərdən ibarət müzakirələrin keçirilməsi əvəzinə, respublikanın qabaqcıl müəllim heyətinin və valideynlərin fəal iştirakı ilə ümumrespublika müzakirələrinin keçirilməsi daha məqsədəuyğun olardı: “Ümumilikdə isə təhsil sahəsi təcrübələr paliqonuna çevrilməməlidir”. (ONA)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu