“Orta məktəblər haqqında qanun qəbul edilməlidir”


“Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla məktəbəqədər təhsillə bağlı qanunvericilik bazasının yaradılması məsələsini müzakirə edəcəyik. Bundan sonra yəqin ki, Milli Məclisin yaz sessiyasında bu məsələni qaldıracağıq”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev deyib.

O, orta məktəblərlə bağlı problemlərdən də danışıb. Deputat bildirib ki, problemlərin aradan qaldırılması üçün orta məktəblər haqqında qanun qəbul edilməlidir: “Biz bu məsələlərin qanunvericilik bazasını gücləndirmək üçün Təhsil Nazirliyi ilə birgə qanun layihələrini hazırlamağı qarşımıza məqsəd qoyacağıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu