Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək


Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 fevral 2019-cu il tarixli Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə edilmiş dəyişikliklərdən biri kimi reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək də nazirliyin vəzifələri sırasına daxil edilib.



Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən bir sıra hallarda əlilliyi olan şəxslərə reabilitasiya vasitələrinin onların yaşadıqları bölgələrə, hətta yaşadıqları ünvanlara aparılaraq verilməsi işləri də aparılıb. Ötən il ərzində Mərkəz əliliyi olan şəxsləri 35 351 reabilitasiya vasitəsi ilə təmin edib. Onlardan bir qismi də reabilitasiya vasitələrini götürmək üçün özlərinin (və ya yaxınlarının) Bakıya gəlmək imkanları olmayan şəxslərə səyyar xidmət formasında yaşadıqları rayon və ya şəhərə aparılmaqla, yaxud birbaşa ünvana çatdırılma qaydasında təqdim olunub.

Dövlət başçısının müvafiq Fərmanı ilə nazirliyin Əsasnaməsində edilmiş dəyişikliyə uyğun olaraq, bundan sonra reabilitasiya vasitələrinin əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsi sistemli xarakter alacaq, bu sahədə fəaliyyət daha da genişləndiriləcək.

Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək
Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək
Reabilitasiya vasitələrinin yaşayış yerində verilməsi işləri daha da genişləndiriləcək



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu