“Media kapitanlarına qonaqlıq verməklə deyil...”- Eksertdən Təhsil Nazirliyinə sərt ittihamlar

Xəbərin çap versiyası
Tarix: 15-03-2019, 18:29    |    Xəbər oxunub: 521 dəfə
“Media kapitanlarına qonaqlıq verməklə deyil...”-


"Orta məktəblərdə müxtəlif adlar altında şagirdlərdən pul yığılması davam edir. Görünən odur ki, prosesdə Təhsil Nazirliyinin özünün marağı var”.

Bu sözləri orta məktəblərdə müxtəlif bayram günlərində şagirdlərdən pul yığımı kimi neqativ halın davam etməsinə münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.

Onun dediyinə görə, cəzasızlıq mühiti belə vəziyyətin kütləvi xarakter almaqda davam etməsinə gətirib çıxarıb:

"Təəssüf ki, Təhsil Nazirliyi təhsildə baş verən neqativ hallara müdaxilə etmir.Onlar öz işlərini hansısa ağacəkmə kampaniyası keçirmək, yaxud da media kapitanlarını yığıb qonaqlıq verməklə bitmiş hesab edirlər. Bu yolla da medianın təhsildə yaranan neqativ hallardan yazmasına son qoymaq istəyirlər. Yəni, xəstəliyi müalicə etmək əvəzinə, sadəcə onu cəmiyyətdən uzaqlaşdırmağa çalışırlar.Təhsildə baş verən neqativ halların başında qeyri-qanuni pul yığımı prosesi dayanır. Hazırda X-XI-ci sinifdə oxuyanların əksəriyyəti dərsə demək olar ki, gəlmir. Direktorlar onlardan aylıq pul almaqla repetitorların yanına getmələrinə şərait yaradır".

Ekspertin sözlərinə görə, cəzasızlıq və məsuliyyətsizliyin nəticəsidir ki, orta məktəblərdə müxtəlif bayramlar ərəfəsi şagirdlərdən pul yığımı kimi neqativ hallar hələ də davam edir:

"Prosesin qəbuledilməz tərəfi də odur ki, 8 mart bayramı ərəfəsi imkansızlıqdan pul verə bilməyən və yaxud az verən valideynlərə qarşı müəllimlər iyrənc hərəkətlərə yol verirlər. Təhsil Nazirliyi mediaturlara, mənasız tədbirlərə ayırdığı pulları müəllimlər arasında bölüşdürsə, onlar da şagirdlərin cibinə baxmaz.

Yaxud da bu tipli əhəmiyyətsiz tədbirlərə xərclənın pulla dağılmış, qəzalı vəziyyətdə olan məktəbləri təmir etdirmək olar. Lakin Təhsil Nazirliyi orta məktəblərdə hökm sürən bu kimi neqativ halların qarşısını almaq üçün heç bir iş görmür. Fakt var və ona əsasən də cəza mexanizmi tətbiq edilməlidir. Məktəblərdə hökm sürən bu neqativ hal təhsilin keyfiyyətinə, uşaqların psixologiyasına da pis təsir göstərir. Əsasən də pul yığımı prosesi ibtidai siniflərdə baş verir, burada valideynlərə təzyiq göstərirlər.

Aydın şəkildə görünür ki, prosesin belə davam etməsində Təhsil Nazirliyinin özünün də marağı var. Elə olmasaydı, onlar anonim sorğularla razılaşardılar. Ancaq nazirlik bu istiqamətdə anonim müraciətləri qəbul etmir. Kifayət qədər valideyn məktəbdə pul yığılması ilə bağlı şikayət etsə də, nazirlik, təhsil idarələri məktəbi, müəllimi cəzalandırmaq əvəzinə, həmin məktəbdəki uşaqları cəzalandırıb. Ona görə də həmin neqativ hallar davam edir. İndiyə kimi heç bir məktəb direktoru qanunsuz pul yığımına görə cəzalandırılmayıb. Cəzasızlıq mühiti bu halların kütləvi olaraq qalmasına gətirib çıxarır. Deməli, təhsilin yuxarı pilləsində dayananların burada öz maraqları var. Ona görə də həmin hallara göz yumurlar”.(sfera.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

“Veysəloğlu” Qarabağ veteranları, şəhid və aztəminatlı ailələrə Novruz bayramı sovqatı paylayıb

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

Niderland Krallığında nano texnologiyalar üzrə şirkət yaradan azərbaycanlı

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma-

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırma- Ankarada ödül alanlar arasında Aqil Ələsgər də var

74 milyard dollarlıq şübhəli mülklər tapıldı:

74 milyard dollarlıq şübhəli mülklər tapıldı: sahibləri kimlərdir?

Azercell əmək sərgisində iştirak edib

Azercell əmək sərgisində iştirak edib

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi:

Ərdoğan ABŞ prezidentini sərt tənqid etdi: “Trampın uğursuz açıqlaması...”

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

Gürcüstan prezidenti azərbaycanlılarla rusca danışmaqdan imtina etdi

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

BTC ilə nəql olunan Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Sabah 17 dərəcə isti olacaq

Sabah 17 dərəcə isti olacaq

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara  və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara və onlara qulluq edənlərə gələn aydan təqaüd veriləcək

“Azercell

“Azercell" “Ən yaxşı mobil operator” adına layiq görülüb

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti pakistanlı həmkarını təbrik edib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur