Nar şirəsi ilə yaddaş arasındakı əlaqə

Xəbərin çap versiyası
Tarix: 19-03-2019, 15:34    |    Xəbər oxunub: 628 dəfə
Nar şirəsi ilə yaddaş arasındakı əlaqə


Son zamanlar xüsusi ilə yaşa bağlı olan yaddaş azalması ilə əlaqəli verilən sualları nəzərə alaraq, bu haqda dünya tibbində vəziyyət nə yerdədir onu qeyd edəcəm.



Yaddaş azalmasının və ya unutqanlığın bir çox səbəbi məlumdur. Bu haqda əvvəl yazılan demensiya və yaddaşsızlıq haqqında olan yazıları oxuya bilərsiz. Bu gün qeyd edəcəyim məqamlar muayinə etdiyim xəstələrimin və ya xəstə yaxınlarının eyni zamanda dostun, qohumun söz arası soruşduğu -yaddaşsızlıq üçün nə yesək, nə etsək kömək edər- sualına cavab olacaq.

Yaddaşın geri dönməyən azalması ilə gedən xəstəliklərin başında gələn Alzheimer (Alzaymer oxunur) xəstəliyinin əsasında genetik və ətraf mühit şərtlərinin əsas olduğunu bilirik. Eyni zamanda bu xəstəliyin yaranması üçün əsas zəmini yaradan faktorlara depressiya / stress, köklük, yüksək təzyiq, diabet xəstəliyi, fiziki aktivliyin olmaması, siqaret çəkmək, təhsil/ öyrənmə vərdişinin az olmasını saya bilərik. Elmi tətqiqatlar həyat şəraitinin, yaşam tərzinin genetik faktorlardan çox vaxt üstün olduğunu vurğulamaqdadır.

Gündəlik yeməyimizin yaşam tərzimizin müəyyən bir hissəsi olduğunu nəzərə alarsaq xəstəliklərlə əlaqəsini qurmaq çox da çətin olmayacaqdır.

Yeyilən qidaların yaddaşa olan təsirini öyrənən elmi tətqiqatlar bəzi qidaların xüsusi ilə sağlam və ya yüngül kognitiv pozulması olan yaşlı insanlara müsbət təsirini göstərməkdədir. Son tətqiqatlardan biri Kolifoniya Univeristetində aparılmış, nar şirəsinin gündə təxminən 224gram, 28 gün ərzində istifadə edilməsinin plaseboya (yalançı nar şirəsi) görə görsəl yaddaşa müsbət təsirini göstərmişdir. Nar şirəsinin bu təsiri antioksidant təsir ilə əlaqələndirilir. (1)

Başqa bir elmi tətqiqat isə qarağat şirəsinin (450-600ml/gün) 12 həftəlik təsirinin sağlam yaşlı insanların kognitiv funksiyalarını yaxşılaşdırdığını göstərmişdir. (2)

Eyni zamanda aclığın da yaddaşla əlaqəli problemlərə müsbət təsirini göstərilmişdir. Belə ki iştaha ilə əlaqəli olan xolesistokinin yüksək səviyyəsinin Yüngül Koqnitiv pozulma və Alzheimer xəstəliyinin riski ilə tərs mütanasib olduğu göstərilib. (3)

Vitaminlərdən D, B12, Fol turşusu yaddaşla bir başa əlaqəlidir, eyni zamanda spirtli içkidən həddindən artıq istifadə edənlərdə B1 vitamin azlığı yaranır ki, vaxtında müalicə olunmazsa bu da yaddaşsızlığın qalıcı olaraq pozulması ilə nəticələnir.

Yuxarıda sadalanan qida vasitələrindən başqa balıq, naringillər, yumurta, fındıq, şokalad, kofe, zərdəçal kimi qidaların sağlam yaşlanmada yaddaş problemlərinə müsbət təsir etdiyini göstərən elmi tətqiqatlar mövcutdur. Burada diqqət edilməsi lazım olan məqam tətqiqatların sağlam yaşlanma ilə əlaqəli olmasıdır, yaddaşsızlığın və digər problemlərin xəstəlik səviyyəsində olması bu tətqiqatların diqqət mərkəzindən kənardadır.

Bu sahənin həkimi olaraq vurğulamaq istədiyim ən vacib məsələ, demensiya, yaddaşsızlıqla bağlı xəstəliklər başlamadan əvvəl və ya hər hansı kiçik bir problemlə qarşılaşanda mütləq muayinədən keçməyin vacib olmasıdır. Çünki bu cür insanlara xəstəliklər başlamadan əvvəl, və ya başlanğıc mərhələsində daha yaxşı kömək edə bilirik. Bir başqa məsələ isə, bu günki biliklərimiz ilə, xəstəlik yarandıqdan sonra nə balıq, nə nar şirəsi dərmanların yerinə keçməz!

Nar şirəsi ilə yaddaş arasındakı əlaqə

Müəllif: Uzm. Psixiatr Dr. Fuad Bəşirov
Əlaqə telefonu: (+99455) 240 35 54

Psixiatr.com




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” -

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət + VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur