Mart ayı üzrə bütün təqaüd və sosial müavinətləri ödənilib

Xəbərin çap versiyası
Tarix: 20-03-2019, 14:12    |    Xəbər oxunub: 574 dəfə
Mart ayı üzrə bütün təqaüd və sosial müavinətləri ödənilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə bütün sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin ödənilməsi təmin edilib.[b][/b]

Nazirlikdən verilən məlumatda bildirilir ki, hazırda 500 mindən artıq şəxsə müavinət və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir. Onların hər birinin bu ay üzrə müavinət və təqaüdləri hesablarına köçürülüb.

Təcrübədə ilk dəfə olaraq mart ayı üzrə bütün sosial müavinət və təqaüdlərin pensiyalarla bərabər martın 19-dək maliyyələşdirilməsi işləri yerinə yetirilib.

Qeyd edək ki, hazırda əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət ödənilir. Həmçinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər aylıq sosial müavinət alırlar.

Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ilə təmin olunanların sırasına isə Azərbaycan Respublikasının Milli Qəhrəmanları və ya onların ailə üzvləri, şəhid ailələri, müharibə əlilləri və onlara bərabər tutulanlar, İkinci Dünya müharibəsi iştirakçıları, 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar, ümumi səbəblərdən I qrup əlilliyi olanlar, Azərbaycan Respublikasının fəxri adlarını alanlar və qanunvericilikdə nəzərdə tutulan digər vətəndaşlar daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” -

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət + VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur