Azərbaycanda vərəmli xəstələrin sayı açıqlanıb


Azərbaycanda vərəmli xəstələrin sayı açıqlanıb


Ötən il ərzində Azərbaycanda vərəmli xəstələrin sayı 2017-ci illə müqayisədə 3 faiz azalıb.

Trend-in məlumatına görə, aşkar edilmiş xəstələrin aktiv müalicəyə cəlb edilməsi, xəstələrin birinci və ikinci sıra dərmanları ilə tam təmin edilməsi nəticəsində 2018-ci ildə vərəmdən ölüm halları 6,7 faiz azalıb.

Son 4 il ərzində Səhiyyə Nazirliyi nəzdində viruslu hepatitlərin diaqnostikası və müalicəsinin təşkili üzrə komissiyaya 9561 nəfər müraciət edib. Onlardan 6622 xəstəyə uzunmüddətli müalicə kursu təyin edilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən, dünyada il ərzində 9 milyondan artıq insan vərəm xəstəliyinə tutulur və 1,8 milyon insan həmin xəstəlikdən vəfat edir. Hesablamalara görə, vərəm dünya üzrə ən çox ölümə səbəb olan 10 xəstəlikdən biridir.

Səhiyyə Nazirliyi Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, professor Həqiqət Qədirova bildirib ki, Azərbaycanda keçid dövründə vərəmli xəstələrin sayı artmışdı, amma son illərdə yoluxma sayında stabilləşmə müşahidə edilir.

Onun sözlərinə görə, son iki ildə hətta həm ilkin, həm də təkrar vərəmli xəstələrin xəstələnmə göstəricisində azalma var.

Azərbaycanda vərəmlə bağlı laboratoriayaların sayının artmasını vacib sayan H.Qədirova bildirib ki, vərəmin müalicəsi üçün xəstəyə ailə üzvlərinin çox güclü dəstəyi lazımdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu