Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb


Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyi antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlayıb.

AFN xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində antisanitar şəraitdə toyuq kəsimi ilə bağlı məlumat daxil olub. Daxil olan məlumat əsasında agentliyin əməkdaşları tərəfindən qeyd olunan ünvanda monitorinqlər keçirilib. Monitorinq zamanı Ramana qəsəbəsində Kərimov Ramiz Raqub oğluna məxsus qanunsuz fəaliyyət göstərən sexdə müxtəlif təsərrüfatlardan qəbul olunan və heç bir mənşə sənədi olmayan quşların kəsimi və emalının həyata keçirildiyi aşkarlanıb.

Baxış zamanı sexdə baytarlıq-sanitar və sanitar-gigiyenik normaların ciddi şəkildə pozulduğu, antisanitar şəraitdə quş kəsimi və təmizlənməsinin həyata keçirildiyi aşkar edilib.

500 ədəd soyudulmuş toyuq cəmdəyi aşkar olunan qanunsuz emal sahəsində heç bir texniki-normativ tələblərə əməl edilmədən kustar üsulla toyuqların kəsildiyi, daha sonra antisanitar şəraitdə tükdən təmizləndiyi və uzun müddət su ilə doldurulmuş natəmiz vannalarına saatlarla saxlanıldığı müəyyən olunub. Eyni zamanda, qanunsuz emal sexinin donuz yetişdirmə sahəsi ilə eyni ərazidə olduğu aşkar olunub.

Aşkar olunmuş faktla bağlı laborator analizlərin aparılması üçün müvafiq qaydada nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim olunub.

Faktla əlaqədar qanunvericiliyin tələbləri çərçivəsində aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir.

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb

Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir toyuq sexi aşkarlanıb



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu