147 şəhid üzrə 222 vərəsəyə də birdəfəlik ödəmə verilməsi üçün qərar qəbul edildi


147 şəhid üzrə 222 vərəsəyə də birdəfəlik ödəmə verilməsi üçün qərar qəbul edildi


Bu vaxta qədər 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə xüsusi qayğısının növbəti təzahürü kimi, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın növbəti iclasında 147 şəhid üzrə 222 vərəsənin də birdəfəlik ödəmə ilə təmin olunmasına dair qərar qəbul edilib. Ödənişin bir həftə ərzində həmin vərəsələrin hesabların köçürülməsi nəzərdə tutulub.

12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib ki, ötən dövrdə onlardan artıq 6338 şəhidin 9276 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu