İlham Əliyev sosial müavinətlərlə bağlı fərmana dəyişiklik etdi- YENİ MƏBLƏĞLƏR

Xəbərin çap versiyası
Tarix: 15-04-2019, 17:51    |    Xəbər oxunub: 577 dəfə
İlham Əliyev sosial müavinətlərlə bağlı fərmana dəyişiklik etdi-


Azərbaycanda sosial müavinətlərin məbləği artırılıb.

Müvafiq fərmanı aprelin 15-də prezident İlham Əliyev imzalayıb.

Dəyişikliyə əsasən, yaşa görə müavinət 73 manatdan 130 manata qədər qaldırılıb.

Əlillik "ümumi xəstəlik”, "hərbi xidmət dövründə xəstələnmə”, "əmək zədəsi və peşə xəstəliyi”, "hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, "Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Əlillik "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Əlillik "Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya "hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər:

"I dərəcə əlilliyi olan şəxslərə — 150 manat

II dərəcə əlilliyi olan şəxslərə — 130 manat

III dərəcə əlilliyi olan şəxslərə — 110 manat.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən müavinət 82 manatdan 150 manata qədər, ailə başçısını itirməyə görə müavinət 68 manatdan 80 manata qədər, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 68 manatdan 100 manata qədər, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 61 manatdan 100 manata qədər artırılıb.

Bundan əlavə, uşağın anadan olmasına görə müavinət 109 manatdan 200 manata qədər, dəfn üçün müavinət 146 manatdan 300 manata qədər qaldırılıb.

Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Saleh Məmmədovun gördüyü iş:

Saleh Məmmədovun gördüyü iş: Şəkidə analoqu olmayan yol (FOTO)

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Beynəlxalq Astronavtika Federasiyasının nümayəndələri EHİM-də

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

Dövlət Komitəsində Ağdamın işğal günü ilə bağlı tədbir keçirilib

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə  -

3 ay əvvəl açılışı olan park baxımsız vəziyyətdə - FOTOLAR

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

Hüseyn Abdullayevin məhkəməsi təxirə salınıb

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

“Nar” şəbəkəsi gücləndirilmiş iş rejiminə keçirilib

"Alpenfood” MMC Azərbaycana neft qarışıqlı yağ gətirdiyinə görə cərimələnib?

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

Azərbaycan biznesə başlama üzrə dünyanın ən yaxşıları sırasına daxil ola bilər

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

“Kontakt Home” mağazalar şəbəkəsi cərimələndi

Gömrükdə tender müəmması

Gömrükdə tender müəmması

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” -

“Borcum olmasa da, 4 gündür ki, işıq və qaz yoxdur” - AAAF Parkdan şikayət + VİDEO

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur