Pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir

Xəbərin çap versiyası
Tarix: 24-04-2019, 11:56    |    Xəbər oxunub: 541 dəfə
Pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə pensiya sisteminin inkişafına dair 5 illik planın hazırlanmasına dair seminar keçirilir. Seminarda dünyanın tanınmış məsləhətçi şirkətlərdindən biri olan “PricewaterhouseCoopers” (PwC) şirkətinin Hollandiyadan dəvət edilmiş konsultantları da iştirak edir.

AFN xəbər verir ki, seminarın açılışında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial sahə ilə bağlı uğurlu islahatlar proqramı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan mühüm addımlar barədə qonaqlara məlumat verib.

Nazir müavini ötən dövrdə sosial təminat sisteminin gücləndirilməsi və həmçinin əhatə dairəsinin genişləndirilməsinin ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən olduğunu qeyd edib. O, həmin sistemin əsas komponentlərindən olan və respublika əhalisinin 13 faizlik bir hissəsini, yəni 1,3 milyon vətəndaşı əhatə edən pensiya təminatında əhəmiyyətli irəliləyişlərə nail olunduğunu vurğulayıb. Bildirib ki, dövlət başçısının tapşırıqları əsasında aparılan islahatlar bir tərəfdən pensiya məbləğlərinin getdikcə artmasına, digər tərəfdən, bu sahədə idarəçilik və xidmətlərin innovativ əsasda qurulmasına imkan verib.

A.Kərimov cari ilin əvvəlindən ölkədə avtomatlaşdırılmış qaydada pensiya təyinatına başlandığını və bu formada proaktiv xidmətlərin sosial təminat sisteminin digər sahələri üzrə genişləndirillməsi işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini pensiya sistemində aparılacaq islahatlar, atılacaq addımlarla bağlı növbəti 5 illik dövr üçün planın da hazırlanmaqda olduğunu, bu sahədə beynəlxalq ekspertlərin də təklif və tövsiyyələrinə önəm verildiyini qeyd edib. O, eyni zamanda, PwC şirkətinin ekspertləri ilə bu mövzuda məsləhətləşmələrin əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Seminarın gündəliyinə Azərbaycanda mövcud pensiya sisteminin və ötən dövrdə aparılan pensiya islahatlarının, pensiya sisteminin gələcək inkişafı məsələlərinin müzakirəsi, hazırlanan yeni 5 illik planın əsas prioritetlərinin müəyyən olunması ilə bağlı məsləhətləşmələrin aparılması daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

Məhkəmə hakimi polis rəisləri ilə bağlı DİN-ə müraciət etdi

AzTV-də yeni təyinatlar:

AzTV-də yeni təyinatlar: tanınmışlar iş başında

“Google”-dan “Huawei”-yə zərbə -

“Google”-dan “Huawei”-yə zərbə - Əməkdaşlığı dayandırıb

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü –

Müəllimin ucbatından məktəbli Ruzi komaya düşdü – Video+Təfərrüat

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Dövlətə xəyanətdə ittiham edilən şəxsə hökm oxundu

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi -

Qarabağ qazisi ölkə rəhbərinə müraciət etdi - FOTOLAR

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” -

“…harda müxalif düşüncəli adam gördünüz, tüpürün üzünə” - Biabırçılıq

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-

Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib-

ATU-da xəstəyə ilk hibrid müdaxilə icra edilib- FOTOLAR

İsgəndər Həmidovun vəziyyəti pisləşdi-

İsgəndər Həmidovun vəziyyəti pisləşdi- xaricə aparılır

Dərsliklərin çəkisi yüngülləşdirilir

Dərsliklərin çəkisi yüngülləşdirilir

Xətaiyə yeni icra başçısı gəlir?

Xətaiyə yeni icra başçısı gəlir?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur