BNA: "Hamını fəal olmağa və sorğuda iştirak etməyə dəvət edirik"


BNA:


77 gün davam edəcək sorğunun 40 günü artıq arxada qaldı. Bu müddətdə "Bir" Tələbə-Könüllü proqramının 203 könüllüsü 600-ə yaxın dayanacaqda 30.000 nəfərə yaxın müxtəlif yaş qruplarından olan paytaxt sakininin rəyini öyrənib. Şəhərin ictimai nəqliyyat sisteminin yenilənməsini arzu edən paytaxt sakinləri sorğuda həvəslə iştirak edir. Sərnişinlərin rahatlığı üçün görəcəyimiz işlərdə onların rəyini bilmək bizim üçün çox önəmlidir. Bir daha hamını fəal olmağa və sorğuda iştirak etməyə dəvət edirik.



Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi şəhər nəqliyyatı üçün ilk olan layihənin icrasına başlayıb. Sərnişin axınının öyrənilməsinə dair məlumatlar elə sərnişinlərin özlərindən alınır. Məqsəd, paytaxtın avtobus marşrut şəbəkəsinin müasirləşdirilməsi və optimallaşdırılması işində sərnişinlərin birbaşa iştirakını təmin etməkdir ki, bu da ictimai iştirakçılıq baxımından önəmli məqamdır.

Əldə edilən məlumatlar paytaxtın avtobus parkının yenilənməsi işləri çərçivəsində alınan 300 ədəd müasir və komfortlu avtobusların istismara veriləcəyi marşrut xətlərinin müəyyən edilməsi zamanı istifadə ediləcək.

BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:
BNA:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu