Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?- ŞƏRH


Təhsil sahəsinə ayrılan 50 milyon manat niyə xərclənməyib?-


Ötən il təhsil sahəsinə ayrılan 50 milyon manata qədər vəsait xərclənməyib. Bu barədə "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə" qanun layihəsində məlumat öz əksini tapıb. Təhsil sahəsindəki əksiklikləri nəzərdən keçirsək, belə böyük məbləğdə qalığın qalması ağıllarda sualların yaranmasına səbəb olur.

Qaynarinfo bu kimi suallarla təhsil eksperti Kamran Əsədova müraciət edib. Ekspertin sözlərinə görə, bu qədər böyük məbləğdə qalıq təhsil sahəsindəki şəffaflığın göstəricisidir:

"Əvvəlcə onu qeyd edim ki, hər il təhsil sahəsinə 2 milyarda yaxın vəsait ayrılır ki, bunun da 80%-i təhsil işçilərinin məvaciblərinin qarşılanmasına yönəlir. Geri qalanı isə təmir, tikinti, layihələr üçün ayrılır. Amma qeyd etmək lazımdır ki, təhsilə təkcə dövlət büdcəsindən yox, kənar xidmət sahələrindən də daxilolmalar baş verir. Ona görə də belə böyük məbləğ qalıq qalır. Bu əsasən hansısa proqmozlaşdırılmış işin baş tutmamasına görə yaranır. Məsələn, deyək ki, 2018-ci ildə nəzərdə tutulurdu ki, 200 modul tipli məktəb tikilməlidir, amma 59 ədədi tikilir. Və ya qrand layihələr üçün vəsait ayrılır, amma yaxşı layihələrin sayı az olur. Bu siyahını uzada bilərik. Nəticədə də həmin işlər üçün ayrılmış vəsait qalıq qalır.

Onu da qeyd etmək istəyirəm ki, bu həm də təhsil sistemindəki şəffaflığın göstəricisidir. Bu vaxta qədər belə vəsaitlər müəllimlərin, direktorların əlavə dərs saatları, əsassız tikinti-bərpa işləri yazması nəticəsində silinirdi. İndi bu kimi halların qarşısı alındığından proseslər daha da şəffaflaşır”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu