Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib

Xəbərin çap versiyası
Tarix: 21-05-2019, 16:05    |    Xəbər oxunub: 550 dəfə
Güzəştli şərtlərlə pensiya hüququ olanlar üçün yeni Qəbul Mərkəzi istifadəyə verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsində yeni, müasir Qəbul Mərkəzi istifadəyə verilib.

AFN xəbər verir ki, mərkəz “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsi üzrə pensiya hüququ yaranan şəxslərə xidmət göstərir. Onların sırasına hərbi və xüsusi rütbəli şəxslərlə yanaşı, dövlət qulluqçuları, həmçinin yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışmış şəxslər daxildir.

Qəbul Mərkəzində güzəştli şərtlərlə pensiya hüququ olanların müraciətlərinə baxılması, suallarının cavablandırılması, vətəndaş məmnunluğunun təmin edilməsi prinsipi üzrə onlara operativ və şəffaf xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Mərkəzdə səmərəliliyin təmin eidlməsi məqsədilə müxtəlif kateqoriyadan olan və güzəştli təminat verilən şəxslərin qəbulu növbəlilik əsasında təşkil olunub. Belə ki, həftənin I, III və V günlərində hərbi və xüsusi rütbəli şəxslərin, II və IV günlərində isə dövlət qulluqçularının və güzəştli təminat verilən digər şəxslərin müraciətlərinə baxılır.

Mərkəzə gün ərzində 200-dək müraciət daxil olur. Müraciətlər əsasən xüsusi şərtlərlə pensiya təyin edilməsi, belə pensiyaların yenidən hesablanması, müvafiq arayışların alınması və s. bu kimi halları əhatə edir. Hərbi və xüsusi rütbəli şəxslərə münasibətdə bir sıra müavinətlərin verilməsi ilə bağlı müraciətlərə də İdarənin Qəbul Mərkəzində baxılır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zakir Həsənov:

Zakir Həsənov: "Düşmən təxribatlarının qarşısı adekvat tədbirlərlə alınmalıdır"

Sabah 38 dərəcə isti olacaq

Sabah 38 dərəcə isti olacaq

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı-

Sevgilisinin üstünə benzin töküb diri-diri yandırdı- Azərbaycanda dəhşətli hadisə

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Kümçülər 499,28 ton yaş barama təhvil veriblər

Sabiq nazir mülk davasına başladı -

Sabiq nazir mülk davasına başladı - Şirkəti və dövlət qurumunu məhkəməyə verdi

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tərtərdə 15 iyun Milli Qurtuluş Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır-

Tovuz rayon icra başçısının müavini ictimaiyyəti aldadır- Niftalı Qasımovu yalan danışmağa kim və nə vadar edir?

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Qüdrət Qurbanov Azərbaycanı beynəlxalq tədbirdə təmsil edib

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Mehriban Əliyeva Həlimə Əliyevanın ailəsinə başsağlığı verdi

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Bakıda peyda olan bu şəxslər kimlərdir?

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Ramil Usubov Rüstəm Usubovun kürəkəninə yeni vəzifə verdi

Elçibəyin xanımının cənazəsi Kələkidədir

Elçibəyin xanımının cənazəsi Kələkidədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur