Türkiyə vətəndaşları Azərbaycan qanunlarına daha çox riayət edirlər


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan AFN.az-a verilən məlumata görə, mayın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5 faiz artıb. Aprel ayı ərzində əlavə olaraq 562 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 652 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,82 faizini (21 009 nəfər) kişilər, 11,18 faizini (2 643 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 483 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 654 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 384 nəfərə çatıb.

Sonrakı yerlərdə İran (908), Çin (789), Hindistan (667), Pakistan (478), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (393), Ukrayna (292), Özbəkistan (248), Banqladeş (212), Almaniya (204), Filippin (202), Türkmənistan (194), ABŞ (187), Qazaxıstan (174), İtaliya (162), Koreya (149) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu