“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib

Xəbərin çap versiyası
Tarix: 12-06-2019, 17:46    |    Xəbər oxunub: 532 dəfə
“Gənclərin Məşğulluğu” proqramına artıq 614 nəfər gənc cəlb edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramı cari ilin aprel ayında start götürüb. Ötən dövrdə proqrama artıq 614 nəfər gənc cəlb edilib. Hazırda işəgötürənlər tərəfindən həmin gənclər arasından müvafiq peşə-ixtisas bacarıqları üzrə namizədlərin seçimi aparılır. Müsbət haldır ki, proqrama qoşulmaq istəyən işəgötürənlərin də sayı artır.

Bu barədə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun layihəyə qoşulmaq istəyən şirkətlərin nümayəndələri ilə keçirdikləri görüşdə bildirilib.

Görüşdə proqram barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, layihə ali və orta-ixtisas təhsili müəssisələrinin 29 yaşına qədər olan məzunlarının işə cəlb olunmasını, müəyyən müddət ərzində onların əmək haqlarının bir qisminin Fond tərəfindən maliyyələşdirilməsini nəzərdə tutur. Proqramın icrası zamanı sosial cəhətdən həssas kateqoriyalardan (əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər və s.) olanlara, regionlarda yaşayanlara, iş təcrübəsi olmayanlara üstünlük verilir.

Yaxın günlərdə Gənclər Fondu tərəfindən “Gənclərin Məşğulluğu” proqramının icrası çərçivəsində “CV bankı” da yaradılacaq. Bununla da işəgötürənlər layihəyə müraciət edən gənclər arasından onlara lazım olan peşə-ixtisas bacarıqlarına malik gəncləri daha rahat şəkildə seçə biləcəklər




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Zülfüqar Həbibinin “VAR İDİM MƏN YOXKƏN” adlı kitabı çap olunub

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Türkiyə dövlət xidmətləri və e-hökumət sahəsində əməkdaşlıq edəcək

Gənclər üçün növbəti festival keçirilib -

Gənclər üçün növbəti festival keçirilib - FOTOLAR

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Qəbələdə “Dini ekstremizm – ictimai və mənəvi dəyərlərə təhlükə mənbəyi kimi” mövzusunda seminar-müşavirə keçirilib

Prezident 6 hərbçiyə general rütbəsi verdi -

Prezident 6 hərbçiyə general rütbəsi verdi - SƏRƏNCAM

Lənkəran universitetində hava çatışmazlığı:

Lənkəran universitetində hava çatışmazlığı: 7 tələbə qız xəstəxanalıq oldu

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu -

Telman İsmayılovun oğlunun kazinosuna həbs qoyuldu - FOTOLAR

Şirməmməd Hüseynov vəfat etdi

Şirməmməd Hüseynov vəfat etdi

Gəncədə

Gəncədə "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə başlayıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

Azercell-dən #Hədiyyə

Azercell-dən #Hədiyyə

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

Ağdaşda içməli su təchizatı ilə bağlı layihə yekunlaşmaq üzrədir

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur