Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib - VİDEO

Xəbərin çap versiyası
Tarix: 19-06-2019, 18:33    |    Xəbər oxunub: 634 dəfə
Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında təkliflərlə çıxış edib -


Millət vəkili Qənirə Paşayeva MM-in səhiyyə komitəsinin iclasında bütün xəstəxanalarda klinik tibbi protokol olmalıdır, bu olmadan, bəzi problemlərin həllini tapması çətindir deyib və təkliflərlə çıxış edib.



Millət vəkili, MM səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləmələrdə və sənədin müzakirəsində çıxış edərək bir sıra vacib təkliflər irəli sürüb və bütün xəstəxanalarda klinik tibbi protokolların mütləq olması lazımdır deyib. O bildirib ki, klinik tibbi protokolların bütün xəstəxanalarda mütləq olmasını tələb edən yanaşma həm qanunvericilikdə öz əksini tapmalıdır, eyni zamanda onun tətbiqinə ciddi nəzarət müxanizmlərini müvafiq icra hakimiyyəti qurumları həyata keçirməlidir. Xəstəxanalarda klinik tibbi protokolların olmaması pasiyentlərin hüquqlarının müdafiəsi məsələsinə, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə öz mənfi təsirini göstərəcək. Bu gün xəstəxanalarda ən vacib məsələlərdən biri klinik tibbi protokolların olmaması ilə bağlıdır. Millət vəkili Q.Paşayeva deyib ki, pasiyentlərin, xəstələrin hüquqlarının qorunması sahəsində həm qanunvericilikdə yeni qanun layihəsinin qəbulu, həm də bu sahəyə cavabdeh qurumların öz işlərini daha da gücləndirmələri çox vacibdir. Pasiyentlər, xəstələr ilə tibb işçiləri, tibb müəssisələri arasında narazılıq doğuran məsələlərin məhkəmə müstəvisində həlli üçün də klinik tibb protokollar istinad sənədi rolunu oynayır,ona görə də onun bütün xəstəxanalarda tətbiqi vacibdir. Eyni zamanda bu gələn ildən geniş tətbiq olunacaq icbari tibbi sığorta ilə bağlı çox vacibdir.

Millət vəkili Q.Paşayeva bəzi həkimlər tərəfindən yol verilən səhlənkarlıq, peşə vəzifələrini layiqincə yerinə yetirməməsi, bu səbəbdən xəstənin sağlamlığına vurulan ciddi zərərlər barədə də danışıb, həkimlərin yol verdiyi səhvlər və səhlənkarlığa görə cərimə və cəza mexanizmləri daha da ciddiləşdirilməlidir və bütün bunlar qanunvericilikdə öz əksini tapmalıdır dedi.

Millət vəkili Q.Paşayeva rayonlarda, bölgələrdə təcili tibbi yardım həkimlərinin xahişlərini də diqqətə çatdırıb və iş başında təcili tibbi yardım həkimlərinin və personalının bəzi hallarda xəstənin yaxınları tərəfindən üzləşdikləri təzyiq, zorakılıq hallarından danışıb, bunun yolverilməız olduğunu diqqətə çatdırıb, bu cür vəziyyətin təcili tibbi yardım həkimləri və personalı ilə bərabər, gün içərisində təcili tibbi yardım gözləyən xəstələrə də zərər vurduğunu söyləyərək bu məsələlərin qarşısınını alınması istiqamətində addımlar atılmasnın vacibliyini vurğulayıb. O deyib ki, təcili tibbi yardım həkimlərinin və personalının xətası və səhənkarlığı varsa, onun cəzalanması üçün hüquqi yollara əl atılmalıdır, amma iş başında olan təcili tibbi yardım həkim və personalına qarşı təzyiq və zorakılıq halları baş verirsə, bu, belə vəziyyətlə üzləşən təcili tibbi yardım heyətinin digər xəstələrə yardım göstərmə keyfiyyətinə təsir göstərə bilər və bunu hamımız diqqətə almalıyıq.

Millət vəkili Q.Paşayevanın iclasda çıxış videosunun linkini burdan izləyə bilərsiniz.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur