Mübariz Qurbanlı şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək


Mübariz Qurbanlı şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək


Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iyunun 25-də saat 10:00-da Şəki şəhər Heydər Əliyev Mərkəzində yerli sakinləri qəbul edəcək.



Komitədən AFN-ə verilən məlumata görə, həmin tarixdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Qəbələ Rayon Heydər Əliyev Mərkəzində, sədr müavini Gündüz İsmayılov isə Oğuz Olimpiya İdman Kompleksində rayon sakinləri ilə görüşəcək. Qəbullar saat 11:00-da başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Taleh Abdullayev

Əlaqə vasitələri:

Mob: (070) 663 22 33

Telefon: 024 244 36 21

Elektron poçt ünvanları:

chairman@scwra.gov.az

info@scwra.gov.az

dk-sheki@scwra.gov.az



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu