Sosial islahatlarda ABŞ-la əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub

Xəbərin çap versiyası
Tarix: 21-06-2019, 16:06    |    Xəbər oxunub: 539 dəfə
Sosial islahatlarda ABŞ-la əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erl Litzenberq ilə görüş olub.

AFN xəbər verir ki. əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu-sosial iqtisadi siyasətinin nailiyyətləri barədə məlumat verərək, ölkəmizin dayanıqlı inkişafı şəraitində sosial sahədə mühüm irəliləyişlərin əldə olunduğunu vurğulayıb.

O, respublikamızda aparılan siyasətin mərkəzində vətəndaş amilinin dayandığını, iqtisadi tərəqqinin nəticələrinin əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyini deyib. 2019-cu ildə də bu istiqamətdə əhəmiyyətli addımların atıldığını bildirən nazir dövlət başçısının növbəti sosial paketi kimi, bu günlərdə də 2,1 milyon vətəndaşın əmək haqqı və pensiya formasında gəlirlərinin ciddi şəkildə artırıldığını qeyd edib.

S.Babayev əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verib. Nazir ölkədə sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının inkişafı sahəsində işlərin geniş miqyas aldığını və bu sahədə icra olunan ardıcıl layihələri diqqətə çatdırıb. O, gənclərin əmək bazarına çxışının dəstəklənməsində ABŞ İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi göstərdiyi “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı” (SYSLAB) layihəsinin önəmini qeyd edib.

E.Litzenberq ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini, müvafiq sahələrdə iki ölkə arasında əməkdaşlıq əlaqələrinin, fəal təcrübə və məlumat mübadilələrinin genişləndirilməsinin əhəmiyyətli olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında dövlət sosial xidmətlərinin vahid pəncərə prinsipi əsasında təşkili, əlilliyi olan şəxslərin reabilitasiyası, yardımçı və reabilitasiya vasitələrinin alınması, Nazirliyin əməkdaşları üçün müxtəlif təlimlərin təşkil olunması və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Xarici siyasətimizin növbəti böyük uğuru

Xarici siyasətimizin növbəti böyük uğuru

Vüqar Keramovdan möhtəşəm qələbə -

Vüqar Keramovdan möhtəşəm qələbə - FOTOLAR

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” –

“Gözəl qalmalıyam ki, məni öpən zövq alsın” – Elza Seyidcahan

“Rövşən Məmmədovun halına acıyıram” -

“Rövşən Məmmədovun halına acıyıram” - BABA VƏZİROĞLU

Gənc yazar İkinci Mahmud vəfat edib

Gənc yazar İkinci Mahmud vəfat edib

Gömrük Komitəsində daha bir rüşvət faktı:

Gömrük Komitəsində daha bir rüşvət faktı: polkovnik işdən qovuldu

Yeni nazirdən gözləntilər:

Yeni nazirdən gözləntilər: Müşfiq Rəhimovu da yola salacaq?

Azərbaycanda hərbi hissədə partlayış:

Azərbaycanda hərbi hissədə partlayış: 2 əsgər həlak oldu

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı -

Şeyxin 6-cı arvadının qaçmasının əsl səbəbi üzə çıxdı - VİDEO

Xərçəngə qarşı yeni müalicə üsulu

Xərçəngə qarşı yeni müalicə üsulu

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

Daxili İşlər nazirinin yeni birinci müavini kimdir?

“Lotu Quli”nin adamları saxlanıldı

“Lotu Quli”nin adamları saxlanıldı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur