Məcburi köçkünlər üçün salınan daha bir yaşayış komleksinin marşrut problemi həll edildi


Məcburi köçkünlər üçün salınan daha bir yaşayış komleksinin marşrut problemi həll edildi


Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib.



BNA-dan AFN-ə verilən məlumatda bildirilir ki, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi bu dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, Neftçilər metro stansiyası və 8-ci km bazarı istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə gedib-gələ bilirlər.
Bu gündən etibarən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin edilib. 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərimizə xidmət göstərir.

Məcburi köçkünlər üçün salınan daha bir yaşayış komleksinin marşrut problemi həll edildi
Məcburi köçkünlər üçün salınan daha bir yaşayış komleksinin marşrut problemi həll edildi



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu