“Azərsu” bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir - FOTOLAR

Xəbərin çap versiyası
Tarix: 23-07-2019, 16:04    |    Xəbər oxunub: 558 dəfə
“Azərsu” bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir -


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir. Respublikanın mühüm sənaye şəhərlərindən olan Şirvanda istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.



Şirvan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması mərhələli şəkildə həyata keçirilir. Şəhərdə müasir tələblərə uyğun kanalizasiya xidmətlərinin təşkili məqsədilə 2035-ci ilə perspektiv inkişaf və əhali artımı nəzərə alınmaqla kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi hazırlanıb. Layihəyə əsasən, 200-1000 mm diametrli borularla 230 km kanalizasiya xətlərinin tikintisi nəzərdə tutulub. Ötən il layihə çərçivəsində Şirvan şəhərinin Heydər Əliyev prospekti və Xaqani küçəsində 3,1 km uzunluğunda əsas daşıyıcı kanalizasiya kollektorlarının tikintisi aparılıb.

2019-cu ildə dövlət investisiya layihəsi çərçivəsində isə şəhərdə 9 km kanalizasiya xəttinin inşası nəzərdə tutulub. Şirvan şəhərində 1950-ci illərdə tiklmiş kanalizasiya xətlərinin istismar müddətini başa vurması nəzərə alınaraq 600-400 mm diametrli borularla yeni kanalizasiya kollektorunun layihəsi işlənib. Artıq 9 km uzunluğunda olan kanalizasiya xətlərinin 50 faizinin tikintisi başa çatdırılıb. Yeni kollektorlar istismara verildikdən sonra mövcud şəbəkələr bu xətlərə birləşdiriləcəck və tullantı suların toplanıb kənarlaşdırılmasında yaranan çətinliklər aradan qaldırılacaq.

Şirvan şəhərindəki hündür mərtəbəli yaşayış binalarının zirzəmilərində antisanitar vəziyyətin aradan qaldırılması, zirzəmilərdə toplanmış tullantı sularının kənarlaşdırılması üçün də lazımi işlər görülür. Ötən il 14 binanın zirzəmisi təmizlənib və həmin binaların şəbəkə kanalizasiya xətləri yenilənib. Yeni kanalizasiya xətlərinin çəkildiyi bina və fərdi yaşayış evlərinin yerləşdiyi küçələrdə köhnə kanalizasiya sistemi ləğv edilir, yeni xətlər şəbəkəyə birləşdirilir. Bütün bu işlərin ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən dövrdə Şirvan şəhərinin içməli su infrastrukturunun yenilənməsi sahəsində də layihələr icra edilib. Kür sutəmziləyici qurğular kompleksində təmizlənən suyun bir hissəsinin Şirvan-Muğan qrup su kəməri vasitəsilə Şirvan, Salyan və Biləsuvar şəhərlərinə verilməsi təmin edilib. Eyni zamanda, şəhərdaxili magistral xətlərin və paylayıcı şəbəkələrin yenidən qurulması işləri həyata keçirilib.

“Azərsu” bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir -
“Azərsu” bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir -
“Azərsu” bölgələrdə içməli su təchizatı və kanalizasiya layihələrinin icrasını davam etdirir -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi -

Binəqədidə “Amay Abdulla”ya qarşı aksiya keçirildi - VİDEO

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet -

Leyla Ramazanlı və Zaur Əmiraslanovdan yeni duet - VİDEO+FOTOLAR

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı -

Lerikin məşhur istirahət mərkəzində otaqdan ilan çıxdı - FOTO

Göyçayda toy karvanında qəza:

Göyçayda toy karvanında qəza: 6 yaralı var

Vilayət Eyvazovdan yeni təyinatlar

Vilayət Eyvazovdan yeni təyinatlar

Jurnalist təyyarə qəzasında öldü

Jurnalist təyyarə qəzasında öldü

Etibar Pirverdiyevin şirkəti dar ayaqda -

Etibar Pirverdiyevin şirkəti dar ayaqda - "Bağda ərik qurtardı..."

Bakı polisindən xəbərdarlıq:

Bakı polisindən xəbərdarlıq: "Uşaq oğurluğu edən dilənçilər var"

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı -

Xəzərdə itkin düşən pilotumuzun görüntüləri yayıldı - VİDEO

"ASAN Yay Festivalı" Gəncədə

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? -

Sentyabrın 1-dən kimlərin maaşı və pensiyası nə qədər artacaq? - VİDEO

Vəkil sirrləri açdı:

Vəkil sirrləri açdı: MTN sabiq naziri necə tutub?

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur