5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var: Cəmi 20 min manat onu bu xəstəlikdən xilas edəcək

Xəbərin çap versiyası
Tarix: 24-07-2019, 12:02    |    Xəbər oxunub: 552 dəfə
5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var:


Əli hər yerdən üzülmüş ana serebral iflic xəstəliyindən əziyyət çəkən 5 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib.



Onun indi yeriyən, qaçan, oynayan vaxtlarıdır. Amma o, nə yeriyə, nə gəzə, nə də oynaya bilir. Bununla da o, ömrünün uşaqlıq çağını yataqda keçirməkdə davam edir. Çünki o, 5 ildir serebral iflic xəstəliyindən əziyyət çəkir. Söhbət 2014-cü il təvəllüdlü Məryəm Abbasovadan gedir.

Bakı şəhər sakini Əzimova Lalə Məzahir qızı serebral iflic xəstəliyindən əziyyət çəkən 5 yaşlı övladının müalicəsinə lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərə müraciət edib.

O, 5 ildir ağır xəstəliyə düçar olan qızının müalicəsinə və sağalmasına lazım olan vəsaitin toplanması üçün imkanlı şəxslərdən xahiş edib: "Qızım Məryəm 5 ildir ki, serebral iflic xəstəliyindən əziyyət çəkir. Uşaq nə ayaqüstə dayana bilir, nə də yeriyə bilir. Bu müddət ərzində qızım Bakıdakı xəstəxanalarda müayinə və müalicə olunub. Amma bu müalicələr heç bir müsbət nəticə verməyib. Sonradan həkimlərin məsləhəti ilə uşağı Rusiya Federasiyasının Səhiyyə Nazirliyinin Sankt-Peterburq şəhərində yerləşən Q.İ.Turner adına Elmi-Tədqiqat Uşaq Ortopedik Klinikasına apardıq. Orada hər iki ayaqlarından axiloplastik və xarici artrodez əməliyyat olundu. Bundan sonra uşaqda müəyyən irəliləyişlər meydana gəldi. Amma əməliyyat edən həkimlər uşağın bir il müddətinə idman və hovuz reabilitasiya prosedurlarının keçməsinin vacib olduğunu dedilər. Bu reabilitasiyalar isə ən yüksək səviyyədə Litvanın Vilnus şəhərində, ya da Rusiyanın Sankt-Peterburq şəhərindəki uşaq reabilitasiya klinikalarında həyata keçirilir. Həkimlər qızımın reabilitasiya proseslərindən sonra tam müalicə olunaraq ayağa qalxacağına və yeriyəcəyinə söz veriblər. Amma bu müalicənin xərcləri o qədər çox olmasa da, mənim maddi vəziyyətim buna imkan vermir. Çünki həkimlər qızımın ayağa qalxması üçün 20 min manat lazım olduğunu bildirdilər. Mən imkanlı şəxslərdən xahiş edirəm ki, övladımın müalicəsi və sağalmasına lazım olan vəsaitin toplanması üçün köməklik göstərsinlər”.

"Hər bir valideynin arzusudur ki, övladı yerisin, danışsın, desin, gülsün, məktəbə getsin. Mən də bir ana kimi bu gözəl günləri görmək istəyirəm. Ona görə də hər kəsdən xahiş edirəm ki, kimin gücü nəyə çatırsa, yardım etsinlər”, deyə Məryəmin anası bildirib.

Balaca Məryəmin sağalması üçün yardım etmək istəyənlər aşağıdakı bank hesabına pul köçürə bilərlər:

Kapital bank: 388 109 44005 79 88 22 121

Əlaqə nömrəsi: 055 679 35 88; 012 427 63 61 (Məryəmin babası Məzahir)

5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var:
5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var:
5 yaşlı Məryəmin köməyinizə ehtiyacı var:





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

Mixail Saakaşvili:

Mixail Saakaşvili: "Qarabağ Azərbaycandır!"

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur