3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... - Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır + Fotolar

Xəbərin çap versiyası
Tarix: 30-07-2019, 13:20    |    Xəbər oxunub: 542 dəfə
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -


3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... Qarabağ qazisi acınacaqlı vəziyyətdə yaşayır



Zəngilan rayonundan məcbüri köçkün düşmüş, 2-ci qrup Qarabağ müharibəsi əlili Tofiq Musa oğlu Alışova haqsızlıqlar edilir.

Bu barədə Reyting.az-a açıqlama verən T.Alışov deyib ki, həm məcburi köçkün, həm də Qarabağ əlili olmasına baxmayaraq, illərdir kirayələrdə yaşayır. Bununla bağlı bütün instansiyalara müraciət etsə də, müsbət cavab almayıb:

"Mən, 1991-ci ildən 1996-cı ilə qədər Qarabağ müharibəsi döyüşçüsü olaraq, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Murov dağı və Gədəbəy uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Bunları təsdiq edən rəsmi sənədlərim də var. Biz, müəyyən xüsusi hərbiçilər 1996-cı ilin 06 fevral tarixində Prezident Heydər Əliyevin Fərmanı ilə ordudan tərxis olunaraq ehtiyata buraxıldıq”.

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -


T.Alışov 11 dekabr 1992-ci ildə Zəngilan rayonunun Şayıflı kəndi uğrunda gedən döyüşlərdə kəllə-beyin travması aldıqdan sonra Bakı şəhərindəki Hərbi hospitalda (Papanin) müalicə olunaraq yenidən döyüş bölgəsinə qayıdıb. 25 iyun 1993-cü il tarixdən Cəbrayıl rayon Quşçular postu uğrunda gedən döyüşlərdə qarın nahiyəsindən güllə yarası alıb. 8 fevral 1994-cü il tarixdə Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi uğrunda gedən ağır döyüşlərdə ürək nahiyyəsindən ağır zədələyici qəlpə yarası alan T.Alışov, bu günə kimi döyüş zamanı aldığı xəsarətlərlə bağlı 27 dəfə əməliyyat olunub. Dediyinə görə, əməliyyat xərcləri də ailəsi və yaxınları tərəfindən ödənilib.

T.Alışovun sözlərinə görə, 14 ildir ki, müxtəlif yerlərdə kirayələrdə yaşayır, hazırda isə yaşayış şəraiti acınacaqlıdır:

"Bu günə qədər Zəngilan Rayon İcra Hakimiyyətinə, deputatımıza, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Müdafiə Nazirliyinə, "Qaçqınkom"a və digər dövlət qurumlarına yüzlərlə müraciət etmişəm. Dəfələrlə qəbullarda olmuşam, ailə vəziyyətimin, yaşayış şəraitimin ağır olduğunu demişəm, amma problemim həllini tapmayıb”.

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçiyə bildiriblər ki, ona məcburi köçkün kimi evi Qaşqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi verməlidir. Komitədən isə deyirlər ki, evi daha ağır şəraitdə yaşayanlara veririk, hələ gözlə. Yaşayış şəraitinin acınacaqlı olduğunu bildirən şikayətçi isə “İndi mən nə edim, ailə-uşağımla küçədə çadır qurum yaşayım ki, mənə ev versinlər? Mən dövlətimin adına xələl gətirən addımlar atmaq istəmirəm. Mən bu dövlət, bu Vətən üçün canımı fəda eləmişəm, üç dəfə yaralansam da, yenə də xidmətimi davam etdirmişəm. Ancaq bu qədər haqsızlıq, bu qədər etinasızlıq olmaz”,- deyir.

Elə bu səbəbdən də T.Alışov mətbuat vasitəsiylə Azərbaycan prezidentinə müraciət edib. İnanır ki, müraciəti dövlət başçısının diqqətinə çatdırılsa problemi qısa müddətdə həllini tapacaq.

3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -
3 dəfə yaralanıb, 27 dəfə əməliyyat olunub... -





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Nazirlik pilotun axtarışında iştirak edənlərə təşəkkür etdi

Qabil Hüseynli:

Qabil Hüseynli: “Rəşadın ayağının biri axtarışların ilk günü tapılmışdı”

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur