“Veysəloğlu”nun konfetindən qurd çıxdı - FOTOLAR


“Veysəloğlu”nun konfetindən qurd çıxdı -


“Veysəloğlu” şirkətinin istehsal etdiyi məhsulun içərisindən qurd çıxdığı iddia edilir.

Bu barədə məlumat yayan moderator.az saytı yazır ki, Mingəçevir şəhərində yaşayan sakinlərdən biri adı çəkilən mətbu orqanın redaksiyasına gödərdiyi fotolarda “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-yə məxsus olan “Sweet” konfetindən qurd çıxdığını bildirib.

“Şəhərdəki mağazalardan birindən aldığı konfeti gecə saatlarında çay içmək üçün açarkən şoka düşüb. Konfetin içində olan qurdları görüncə dərhal fotoları çəkərək redaksiyamıza ünvanlayıb. Vətəndaş bildirir ki, mağazadan alış-veriş edərkən tez-tez vaxtı keçmiş, xarab mallarla rastlaşır” – sayt yazır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hadisə ilə bağlı açıqlamasında bildirib ki, əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalıdır, amma bu gün buna çox az firmalar riayət edir və nəticədə də bu kimi hallar baş verir: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə Azərbaycanın əmtəə bazarında satılan bütün mallar qablaşdırılmalı, üzərində buraxılma və son yararlılıq tarixi göstərilməlidir. Lakin biz görürük ki, bəzi yerlərdə konfet və peçenyelər açıq satılır və bu isə yolverilməzdir. Ona görə də belə hallar baş verir. Bütün hallarda istehlakçı dükan sahibinə iradını bildirməli, bu cür konfetlərin satışdan yığışdırılması üçün təşəbbüs qaldırmalıdır və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verməlidir. Yaxud da bizim quruma ərizəylə müraciət etsin və həmin konfetin satışdan yığışdırılaraq məhv edilməsinə köməklik göstərək”.

“Veysəloğlu”nun konfetindən qurd çıxdı -
“Veysəloğlu”nun konfetindən qurd çıxdı -
“Veysəloğlu”nun konfetindən qurd çıxdı -



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu