Tərtərin Qaynaq kəndində növbəti səyyar qəbul-görüş keçirilib

Xəbərin çap versiyası
Tarix: 2-08-2019, 23:44    |    Xəbər oxunub: 535 dəfə
Tərtərin Qaynaq kəndində növbəti səyyar qəbul-görüş keçirilib


Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaynaq kəndində keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.



Əvvəlcə Qaynaq kənd İƏD üzrə nümayəndə Məzahir Süleymanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Qaynaq kəndinin 474 təsərrufatı, 1040 nəfər əhalisi var. Kənddə 140 yerlik bir ümumi orta məktəb , 1 kitabxana , 1 tibb məntəqəsi, 1 poçt , 286 nömrəlik ATS, 4 ticarət köşkü, 4 məişət xidməti obyekti fəaliyyət göstərir.

Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il dövlətə hər hektardan 456 ton buğda, 480 ton arpa, 7770 ton pambıq, 2359 ton çuğundur təhvil veriblər. 342 kq barama istehsal ediblər.

Bu il isə qaynaqlılar 80 hektarda buğda, 120 hektar arpa, 45 hektar çuğundur, 274 hektar pambıq əkiblər. 343 ton taxıl, 366 ton arpa təhvil veriblər. 502 kq barama istehsal ediblər.

Hazırda pambıq tarlalarında becərmə işləri ilə məşğuldurlar, kollar daraq bağlayıb, bol məhsul götürəcəklərindən xəbər verir.

Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı, “Qırmızı Əmək Bayrağı” ordenli, “Azərbaycan Cumhuriyyətinin 100 illik yubleyi” medalı ilə təltif olunmuş 83 yaşlı Süleyman Quliyev respublika Prezidenti tərəfindən əhaliyə göstərilən diqqət və qayğıdan, onların sosial problemlərinin həllindən, hazırda kəndlərinin abad bir kəndə çevrildiyindən danışdı. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlığını bildirdi. İnsanların xoşbəxt, firavan həyatından danışdı. Sonra kəndin əsas yolunun asfaltlanmasına, elektrik təsərüfatının yenidən qurulmasına ehtiyac olduğunu bildirdi.

Kənd sakinləri Ofeliya Abışova, Siyatel Muxtarova pay torpaqlarının, Yaqub Əliyev örüş yerinin zəbti ilə, Tofiq Quliyev əkin sahələrinin suvarmasında çətinliyin aradan qaldırılması üçün yeni subartezian quyusunun qazılması, Asif Əhmədov kənddə müasir tipli tibb məntəqəsinə ehtiyac olması ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı əlaqədar təşkilatlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Kənd sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, sosial problemlərinin həllinə görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Tərtərin Qaynaq kəndində növbəti səyyar qəbul-görüş keçirilib
Tərtərin Qaynaq kəndində növbəti səyyar qəbul-görüş keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib -

İlqar Məmmədovun açıqlaması AXCP və Müsavatı hiddətləndirib - QALMAQAL

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Azərbaycanda jurnalist özünü yanan binadan atdı

Bakı polisi:

Bakı polisi: "Neftçi" azarkeşlərini stadiondan polis çıxartmayıb"

Ağdaşın icra başçısının sərvəti açıqlandı-

Ağdaşın icra başçısının sərvəti açıqlandı- SİYAHI+ŞİKAYƏT

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

5 milyon dollarlıq dələduzluq əməli məhkəmədə araşdırılacaq

Energetika naziri vətəndaşları qəbul edib -

Energetika naziri vətəndaşları qəbul edib - FOTOLAR

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Nazir Tovuzda, nazirin birinci müavini Ağstafada vətəndaşlarla görüşəcək

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yeni İcra və Kommunikasiya Planlarının icrasına start verir

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bakıda 19 yerdə məktəb yarmarkaları fəaliyyətə başladı -

Bugünkü hərracda

Bugünkü hərracda 17 dövlət əmlakına 28 sifariş verilib

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur