Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Xəbərin çap versiyası
Tarix: 9-08-2019, 16:29    |    Xəbər oxunub: 523 dəfə
Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib


Avqustun 8-i və 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.



Dindarlar, dini icma sədrləri, gənclər və ictimaiyyətin digər nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Gülnisə Ələkbərova rayonda dini durumun sabit olduğunu bildirib.G.Ələkbərova eyni zamanda, Şamaxıda onlarla məscidin, o cümlədən Şamaxı Cümə məscidi, Dəmirçi məscidi kimi tarixi ibadət yerlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev xalqımızın mənəvi dəyərlərinin inkişafında əvəzsiz tarixi xidmətlər göstərib. Onun sözlərinə görə, bu mənəvi dəyərlər sırasında dini dözümlülük və multikulturalizm xüsusi yer tutur. Bu gün Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ölkəsi kimi tanınmaqdadır.

Azərbaycanda bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində də mühüm addımlar atıldığını deyən Səyyad Salahlı vurğulayıb ki, bu siyasətin əsası müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev tərəfindən qoyulub və hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sədrin birinci müavini onu da deyib ki, son illər ərzində respublikamızda 200-dən çox məscid inşa edilib, 90-a yaxın məsciddə isə əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib.

DQİDK sədrinin birinci müavini ölkəmizdə dini maarifləndirmə işinin təşkili və həyata keçirilməsi, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib. Natiq çıxışında, eyni zamanda xalqımızın zəngin tolerantlıq ənənəsi, zərərli dini cərəyanların təbliğat metodları və onlara qarşı həyata keçirilən tədbirlərdən danışaraq dini radikalizmlə mübarizədə cəmiyyətin rolunun xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov və başqaları çıxışlarında dövlətin dinə və dindarlara qayğısından, eyni zamanda respublikamızda həyata keçirilən dini maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıblar.

İkigünlük seminar-müavirə müzakirələrlə başa çatıb.

Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib
Şamaxıda "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail [email protected]







Diqqətinizi çəkə biləcək digər xəbərlər
Pilotun xanımı:

Pilotun xanımı: “Oğluma necə deyəcəm ki, atan bir də qayıtmayacaq?” - FOTOLAR

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

“Nar”ın abunəçi bazası sürətlə artmaqdadır

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Koreya səfiri Pirşağıda reallaşdırılan layihəyə baxış keçirib

Pediatr Mehriban Əliyevaya müraciət etdi:

Pediatr Mehriban Əliyevaya müraciət etdi: "Yersiz süni qida təyin edən həkimə cəza verilsin!"

"Aspor" idman kanalından Əbülfəz Elçibəyə böyük sayğı - VİDEO

Bakıda bazarda güclü yanğın başladı -

Bakıda bazarda güclü yanğın başladı - VİDEO

ADAU Şəmkirdə fermerlərə təlim keçib

ADAU Şəmkirdə fermerlərə təlim keçib

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Dövlət Komitəsinin sədri və sədr müavinləri bölgələrdə vətəndaşları qəbul edəcəklər

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı -

Misir Mərdanovun kurrikulumu kütləvi savadsızlığa gətirib çıxardı - TƏHLİL

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş –

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə

İsrailin Azərbaycandan İraqı bombalaması xəbərinə rəsmi münasibət-VİDEO

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

Elektron qeydiyyat xidmətindən istifadə edənlərin sayı artır

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur