Uşaqları peyvənddən qaçıran valideynlərə XƏBƏRDARLIQ


Uşaqları peyvənddən qaçıran valideynlərə


Yay aylarında havanın isti olması səbəbindən valideynlər uşaqlarının peyvəndini bir az yubadır. Peyvəndləmə indi də aparılır və əhatə olunma çox yaxşıdır.



Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, son illər peyvənddən sonra uşaqlarda heç bir ağırlaşma qeydə alınmayıb. Peyvəndlərdən imtina edən valideynlərə gəldikdə, direktor müavini onların maarifləndirilməsinin vacib olduğunu deyib: “Səhiyyə Nazirliyinin əmri ilə təsdiq olunmuş peyvənd təqviminə əsasən peyvəndlər daima aparılır. Hansısa fəsildə peyvəndlərin vurulması ilə bağlı qadağa yoxdur. Peyvəndlərdən imtina edən valideynlər ərazi tibb müəssisələrini, pediatrları məlumatlandırılmalıdır. İnfeksiya barəsində ətraflı izahat verilməlidir ki, insanlar peyvənddən imtina etməsinlər. İmtina çox az hallarda baş verir. Bəzən valideynlər bir yaşa kimi uşaqların peyvəndindən imtina edirlər. Amma sonra onlar özləri uşaqlarını peyvənd etdirmək üçün müraciət edirlər. Hazırda immunilizasiya sahəsində heç bir problemimiz yoxdur. Kifayət qədər vaksinimiz var. Peyvəndləməni ərazi tibb müəssisələri aparır”.
A. Əliyeva onu da vurğulayıb ki, uşağa nə qədər yaxşı baxılmasından asılı olmayaraq, ətrafda xəstəlik yayılarsa tam sağlam uşağa, hətta yaxşı baxılan uşağa da yoluxa bilər. Onun sözlərinə görə, peyvəndlərlə idarə olunan xəstəliklərdən qorunmanı təmin etmək üçün uşaqları mütləq peyvənd etmək lazımdır: “Peyvənd uşağın hüququdur. Uşağı bu hüquqdan məhrum etmək olmaz. Heç kimin buna ixtiyarı yoxdur. Bir neçə ay bundan əvvəl Azərbaycanda qızılca xəstəliyi var idi. O zaman yalnız peyvəndi olmayan uşaqlar xəstələnmişdi. Xəstəlik yayılanda valideynlər sonradan müraciət edirdilər ki, uşaqlarını peyvənd etdirsinlər. Çünki xəstəlik baş verəndə qorxu əmələ gəldi. Ona görə də həkimlərimiz yerlərdə həmişə valideynlərə ətraflı məlumat verməlidir ki, onlar uşaqlarını peyvənd etdirsinlər”.
Ə.Əliyeva qeyd edib ki, indiki vaksinlər tam effektiv, təhlükəsizdir: “Peyvəndlərdən sonra uşaqlarda heç bir ağırlaşma baş vermir. Çox az hallarda temperaturun yüksəlməsi olur. Bu normal haldır. Vurulan peyvəndə qarşı orqanizmin reaksiyasıdır. Peyvənd olunan gün tibb işçisi valideynləri temperaturun yüksələcəyi, halsızlıq olacağı halda hara müraciət etmək, hansı preparatlardan istifadənin zəruri olması ilə bağlı məlumatlandırır”.(lent.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu