Gözaltı ləkələri yox etməyin 3 ən asan yolu


Gözaltı ləkələri yox etməyin


Qadınlarda sıx rast gəlinən dəri problemlərindən biri də gözaltı qara ləkələrdir. Müxtəlif kosmetik vasitələrlə örtməyə çalışsaq da, çox vaxt arzuedilən effekti ala bilmirik. Belə olan halda ləkələrin özünü yox etməkdən başqa çarə qalmır. Mütəxəssislərin bildirdiyinə görə, qara ləkələrin yaranma səbəbi əsasən yuxusuzluq və genetik faktordur.



AFN gözaltı halqalardan yaxa qurtarmağın 3 ən asan üsulunu təqdim edir. Bu yolla kosmetoloqa getmədən, elə ev şəraitində də qara ləkələrlə mübarizə apara biləcəksiniz. Həm pulunuz cibinizdə qalacaq, həm də nəticədən məmnun olacaqsınız.

1.Siyahıda birinci yerə çay paketini yazdıq. Çay qara ləkələrə qarşı mübarizədə ən effektiv vasitədir. Bunun üçün çobanyastığı, yaxud da yaşıl çay paketlərini soyuducuda yarım saat saxlayın. Sonra soyuq halda gözlərinizin üstünə qoyub, 5-10 dəqiqə gözləyin. Ardınca soyuq su ilə yuyub, göz ətrafına nəmləndirici krem çəkin. Hər gün müntəzəm təkrar etsəniz, gözaltı qara ləkələrin solduğunu, dərinin rənginin açıldığını görəcəksiniz.

2. Kakos yağı da ləkələrə qarşı faydalıdır. Həm göz ətrafını nəmləndirir, həm də qaraltını azaldır. Yatmazdan əvvəl gözün altına sürtüb, yüngül masaj edin. Səhər oyananda üzü soyuq su ilə yumaq məsləhətdir. Onu da qeyd edək ki, kakos yağından təmizləyici vasitə kimi də istifadə etmək olar. Dəridən makyajı asanlıqla silə bilir. Həmçinin kakos yağı dəridə hüceyrələrin yenilənməsinə də kömək edir. Odur ki, qırışa qarşı da xeyirlidir.

3. Ləkələrə qarşı mübarizədə xiyardan da istifadə etmək olar. Tərkibindəki vitaminlər həm dərini qidalandırır, həm də nəm saxlayır. Eləcə də göz altındakı qara ləkələri azaldır. Bunun üçün xiyarı dilimləyib, 30 dəqiqə soyuducuda saxlayın. Gözünüzün üstünə qoyub, 5-10 dəqiqədən sonra üzünüzü soyu su ilə yuyun.

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu