Almaniyada dəmiryolçular yenidən tətilə başlayır


Kiçik fasilədən sonra Almaniyada dəmiryolçular növbəti dəfə tətilə başlayıb.

APA-nın “DPA” agentliyinə istinadən verdiyi məlumata görə, əvvəlkindən fərqli olaraq, bu dəfə Həmkarlar İttifaqı müddətsiz etiraz aksiyası elan edib.

“Deutsche Bahn” şirkətinə məxsus sərnişin qatarlarının hərəkəti mayın 20-nə keçən gecə, yük qatarlarının hərəkəti isə mayın 19-u, saat 15:00-dan dayandırılır”, Almaniya maşinistləri Həmkarlar İttifaqı (GDL) xəbərdarlıq edib.

Dəmiryol işçiləri ilə “Deutsche Bahn” arasında qarşıdurma uzun müddətdir ki, davam edir. Bu, dəmiryolçularının həyata keçirdiyi sayca doqquzuncu aksiyadır.

Aksiya iştirakçıları maaşların qaldırılmasını, iş həftəsinin azaldılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu