İsmayıllıda torpaq sürüşməsi: evlərə ciddi ziyan dəyib - FOTO


İsmayıllının Xankəndi ərazisində torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində iki ev tamamilə dağılaraq yararsız vəziyyətə düşüb. Digər 14 evə ciddi ziyan dəyib. Zədəli binalardan 2-si artıq çöküb. Bu evlər yaşayış üçün təhlükəli hesab edilir. Mənzillərin sakinləri hələlik yaxınlarının evində məskunlaşdırılıblar.

Kənddə sürüşmə mayın 19-u gecə saatlarından başlayıb. Sonrakı günlərdə isə proses xeyli aktivləşib. Rayon rəhbərliyi, eləcə də Qızılaypara Cəmiyyətinin əməkdaşları hadisə yerində olublar. Qəzalı vəziyyətə düşən evlərin sakinlərinin müvəqqəti olaraq çadırlarda məskunlaşdırılması nəzərdə tutulub. 84 yaşayış evinin olduğu kənddə sürüşmə təhlükəsi qalmaqdadır (Region TV).

[medium]http://afn.az/uploads/posts/2015-05/1432359191_ismayilli-surushme1.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu