Azərbaycanda demokratik təsisatların vəziyyəti AŞPA-da müzakirə olunacaq


Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq komitəsinin toplantısı keçirilib.

APA-nın Avropa müxbiri xəbər verir ki, Monitorinq komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçilər Pedro Aqramunt və Tadeuş İvinskinin Azərbaycanda demokratik təsisatların vəziyyətinə dair hazırladıqları hesabat mətni üzrə ilkin müzakirələr aparılıb.

Sənəd AŞPA-nın iyun ayının 22-26 tarixlərində keçiriləcək yay sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail:office@afn.az




menyu
menyu