Zorakılığa məruz qalan qadınlar istintaq prosesində nəylə üzləşir?- MÜZAKİRƏ


Zorakılığa məruz qalan qadınlar istintaq prosesində nəylə üzləşir?-


“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Zorakılığa məruz qalmış qadın və uşaqların istintaq prosesində sterotip və ayrseçkiliklə üzləşməsinin qarşısının alınması” mövzusunda müzakirə aparmaq üçün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığı müraciət dəstəklənib.



Mövzu ilə bağlı AQUPK öz tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edib və müzakirə reallaşdırılıb. “Zoom” formatındakı görüşdə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova, təşkilatın hüquqşünası Pərviz Eyyubov, 21 saylı vəkillər bürosunun vəkili Leyla Salmanlı, zorakılıqdan zərərçəkmiş və sığınacaqda məskunlaşmış 25 qadın, Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimli, Məişət zorakılığının qarşısının alınması üzrə sektor rəhbəri Vəfa Ələkbərova, hüquqi təminat şöbəsinin aparıcı məsləhətçisi Xəyalə Əsgərli və Daxili İşlər Nazirliyinin İstintaq və Təhqiqat İdarəsinin rəisi Vuqar Tağıyev iştirak edib.

Müzakirədə gender əsaslı zorakılıqdan zərəçəkmiş şəxsin ailə vəziyyətinin onun məruz qaldığı cinayətin baxılmasındakı stereotiplərin aradan qaldırılması,
zorakılığıa məruz qalmış şəxsi zorakılığı törətmiş şəxslə barışdırmaq cəhdi, təhqiqatçı və müstəntiqin xəsarətlərlə bağlı tibbi ekspertizaya yönəlik sualların əvvəlcədən hazırlanması və əhatəliliyi, polis əməkdaşlarının zərərçəkmişin yerləşdiyi sığınacğın ünvanını bildirməməsi (zorakılığı törədən şəxsə),
18 yaşdan yuxarı məcburi nikah və ya evliliyə vadar edilən qadınların polis tərəfindən ailəyə qayıdışının tətbiq edilməməsi, müstəntiq və təhqiqatçının zərəçəkmişdən ifadə aldığı zamanda stiqma əhəməyyətli suallardan yayınması müzakirə edilib.
Həmçinin cinayət əməlində işgəncə faktı olduğu halda inzibati məsuliyyətə yönəldilməsinin qarşısının alınması,
ölümlə hədələmə ( sözlə ifadə) faktları zamanı cinayət işinin başladılmaması, gender əsaslı zorakılıq cinayətlərində qadın polis əməkdaşlarının istintaq prosesində iştirakının təmini, DİN-in istinat və təhqiqat əməkdaşlarına gender əsaslı zorakılıq mövzusunda təlimatların hazırlanması da müzakirə mövzusu olub.
Müzakirdə xüsusi diqqəti cəlb edən məqam sığınacaq sakinlərinin məsələlərlə bağlı öz təcrübələri əsasında etdikləri çıxışlar olub. Dövlət qurumlarının nümayəndələri ilə müzakirə imkanı qazanan sığınacaq sakinləri problemləri çatdırıb, onların həlli yollarında dəstək gözlədiklərini bildiriblər. Sığınacaq sakinlərinin müzakirədə iştirakının təmini yüksək dəyərləndirilib və qaldırılan məsələlərin həllində bu qəbildən müzakirələrin əhəmiyyəti vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu