Leykemiyadan əziyyət çəkən körpənin maddi yardıma ehtiyacı var


Balaca Hüseynin 6 yaşı var. O, 4 ildir ki, leykemiyadan əziyyət çəkir.

Hüseyn bu 4 ili müxtəlif xəstəxana palatalarında dəhşətli xəstəliklə mübarizə aparıb. Ailəsi qaçqın olduğu üçün onlar Qaradağın Qızıldaş qəsəbəsindəki yataqxanaların birində məskunlaşıb. Ailə əldə olan bütün pullarla körpənin həyatını xilas etməyə çalışır. Hüseynin anası Gülnara orta məktəbdə müəllimədir. Atası Muradın isə daimi iş yeri yoxdur. O, gah fəhləlik, gah da satıcılıq edərək ailəni saxlayır. Hüseynin sağalması üçün ailə banklardan kredit belə götürüb. Hazırda körpə Bakıda Talessemiya Mərkəzindədir. Onun dərmanlarına və müxtəlif klinikalarda müalicəsinə 8-10 min AZN pul lazımdır. Xəstənin tam sağalması üçün sümük iliyinin köçürülməsi vacibdir. Ailənin isə buna maddi gücü yetmir. Kömək etmək istəyənlər göstərilən bank hesabına pul köçürə bilər.

[medium]http://afn.az/uploads/posts/2015-06/1433229563_xes1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-06/1433229478_xes2.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-06/1433229570_xes3.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu