Distant dərsin internet problemi: Deyəsən ümid mobil operatorlara qalıb



"Şagird və tələbələr üçün müəyyən endirimli internet tarifləri müəyyənləşdirsinlər”.



Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, onlayın dərslər üçün internetin və telefon xətlərinin olması vacibdir:

"Dünyanın ayrı-ayrı ölkələrində onlayın tədrislə bağlı zaman-zaman problemlər olub. Çünki onlayın dərs üçün internetin olması vacibdir və bir sıra ölkələrdə bu məsələ həllini tapıb. Azərbaycana gəldikdə isə bu istiqamətdə işlər gedir. Bizdə də bununla bağlı seçicilərdən, valideynlərdən və ayrı-ayrı yerlərdən müraciətlər daxil olur. Biz də bu məsələni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qarşısında qaldırdıq. İstər bizim seçicilərin yaşadığı, istərsə də ayrı-ayrı bölgələrdə zaman-zaman internetlə bağlı problemlər olur. Biz də nazirliyə rəsmi şəkildə məktub ünvanlamışıq. Nazirlikdən verilən məlumata görə, hazırda bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin proqramı əsasında bu il bir çox yerlərdə internet xətlərinin çəkilməsi, yenilənməsi istiqamətində çox ciddi işlər görülür”.

Deputat əksər ailələrin internet və telefona çıxışı oluduğunu vurğulayıb:

"Ancaq bəzi yerlərdə bu problem az da olsa qalmaqdadır. Telefon və internet şəbəkəsi olmayan bəzi vətəndaşlar isə meqabayt vasitəsi ilə tədris prosesində iştirak edirlər. Mən burdan mobil operatorlara müraciət edirəm. Bununla bağlı mətbuatda bir neçə dəfə çxış etmişəm. Mobil orepatorlara tövsiyəm ondan ibarətdir ki, xüsusi ilə şagird və tələbələr üçün müəyyən endirimli internet tarifləri müəyyənləşdirsinlər”.

Ceyhun Məmmədov qeyd edib ki, harada ki internet və telefon xətləri mövcud deyil, orada vətəndaşların mobil rabitə vasitəsi ilə qoşulma halları var:

"Onlara dəstək məqsədi ilə müəyyən bir optimal tarif paketi müəyyənləşdirilsin ki, bundan istifadə edə bilsinlər. Vacib məqamlardan biri odur ki, ölkə rəhbərliyi səviyyəsində bu istiqamətdə işlər davam etdirilir və biz inanırıq ki, tez bir zamanda əhalinin tamamilə yükəsk və keyfiyyətli internetlə təmin olunacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu