Azərbaycanda ən bahalı mənzillər - SİYAHI


Hər bir insan böyük və gözəl evdə yaşamağı arzulayır. Bu gün ölkəmizdə tikinti bumu müşahidə olunur. Bakıda evlərin qiymətləri bəzən elə baha olur ki, həmin qiymətə asanlıqla Nyu-York və London kimi dünyanın ən bahalı şəhərlərində ev almaq mümkündür.

Afn.az Day.Az saytına istinadən həmin evlərin siyahısını təqdim edir:

1. Hilton otelində mənzil - 1 800 000 manat

Üçotaqlı bu mənzilin sahəsi 183 kvadrat metrdir.

2. Yeni Həyat Azure-da mənzil - 1 550 000 manat.

Sahəsi 460 kvadrat metr olan bu mənzil kompleksdəki bir mərtəbəni əhatə edir.

3. Clock Tower-də mənzil - 1 100 000 manat

Bu mənzil Bakıxanov küçəsindəki Clock Tower-də yerləşir. Təmirsiz olan bu evin ümumi sahəsi 222 kvadrat metrdir.

4. Port Baku Residence-də mənzil - 850 000 manat

300 kvadrat metr sahəsi olan bu mənzilin 5 otağı var. Kompleksin 5-ci mərtəbəsində yerləşir.

5. Jalə Plaza-da mənzil - 321 750 manat

Bu mənzil Bülbül prospektində yerləşir. Sahəsi 165 kvadrat metr olan üçotaqlı mənzil kompleksin 16-cı mərtəbəsindədir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu