Gənclər üçün qrant müsabiqəsi elan olunub


Gənclər və İdman Nazirliyi gənclər üçün qrant müsabiqəsi elan edib.

Afn.az xəbər verir ki, nazirliyin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarı və “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq, Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatları arasında aşağıdakı istiqamətlər üzrə layihələrin qəbulu elan edilir.

- Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması;

- gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği;

- gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;

- gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;

- gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;

- özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak;

- gənclərin hüquqi maarifləndirilməsində iştirak;

- ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması;


“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasını nəzərdə tutan yarımbəndlər


- 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi;

- 6.2.7. Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi;

- 6.2.9. gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi;

- 6.3.7. müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması;

- 6.4.2. gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi;

- 6.4.6. internat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi;

- 6.5.7. ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili;

- 6.5.9. gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi;

- 6.6.3. sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi;

- 6.6.5. erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması;

- 6.6.6. cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi;

- 6.8.1. beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi.


Müsabiqəyə dair bütün məlumatlar Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıdakı ünvana müraciət etməklə əldə edə bilərsiniz. Layihələr 2015-ci ilin fevral ayının 1-dən mart ayının 1-dək Gənclər və İdman Nazirliyinə çap və CD diskdə elektron formada təqdim olunmalıdır.

Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektoru Bakı şəhəri, Olimpiya küç. 4, AZ 1072

Əlaqələndirici şəxslər: Fuad Babayev, Elmar Quliyev



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu