Əlamətsiz COVİD-in əlamətləri hansılardır? - Professor


"Uşaqlar və subklinik (əlamətsiz) formada virusa yoluxan insanlar ətraf üçün müəyyən təhlükə mənbəyidir. Təəssüflər olsun ki, bu cür adamlar xəstəliyin yayılmasında geniş rol oynayırlar”.



Bunu əlamətsiz koronavirus haqda Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, koronavirusin bəzi növləri var ki, onlar gənclərdə, xüsusilə də uşaqlarda subklinik formada, yəni əlamətsiz keçir: "Məsələn, yüngül boğaz ağrısı, cüzi əlamətlər və s. Həmin xəstələr buna əhəmiyyət vermirlər. Bu, ətraf üçün təhlükədir. Belə insanlar özlərini xəstə hesab etmir, ətrafı da qorumağa meyilli olumurlar”.

Adil Qeybullanın fikrincə, 3 qızıl qayda - maska taxılması, sosial məsafə gözləmək və əllərin dezinfeksiyası buna görə tətbiq olunur:

"Həm subklinik formada olan insanlar, həm məsuliyyətsiz insanların yoluxdurma potensialına malik olması üçün bu qaydalara əməl etmək lazımdır. Əgər insanlar özlərini qorumasa, diqqət etməsə, bu, əlamətsiz xəstələrdə sonradan özünü biruzə verir. Xəstəliyi subklinik formada keçirən insanlarda immunitetin tam formalaşmaması baş verir və belə şəxslər ikinci dəfə yoluxma qarşısında qalırlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu