Azərbaycanda koronavirusdan rekord ölüm qeydə alındı


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 555 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765-dir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282 , bu günə qədər isə ümumilikdə 1 918 866 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu