190 manat birdəfəlik ödəmələrin verilməsinə başlanıldı


Ölkədə tətbiq edilən xüsusi karantin rejimində işsiz və gəlirini itirən şəxslərə təyin edilən 190 manat birdəfəlik ödəmənin verilməsinə başlanılıb.



Bu barədə Trend-ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

O bildirib ki, birdəfəlik ödəmələr dekabrın 25-dən vətəndaşlara ödənilir: "Artıq banklar ödəmələrin icrasına başlayıb. Ümumilikdə təxminən 600 min nəfərə 190 manat ödəniləcək. Birdəfəlik ödənişlər bu ayın sonuna qədər həyata keçiriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu