AFN.AZ / “Veysəloğlu” da qiymətləri qaldırdı: 20-30 faiz

“Veysəloğlu” da qiymətləri qaldırdı: 20-30 faiz

Manatın mövcud devalvasiyası və üzən məzənnə siyasətinə keçməsindən sonra “Veysəloğlu” Şirkətlər Qrupu özünün qiymət siyasətinə yenidən baxmaq məcburiyyətində qalıb.

Bu barədə AFN.az-a şirkətin İctimaiyyətlə əlaqələr departamentindən verilib. Bildirilir ki, “Veysəloğlu” MMC-nin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, baş vermiş devalvasiya şirkət üçün də bir sıra çətinliklər yaradıb: “Eyni zamanda xammal idxalında yaranmış qiymət artımı “Ulduz” Şokolad Fabrikinə də təsirsiz ötüşmədi. Yerli istehsalda xammalı xarici ölkələrdən gətirilərək idxala bağlı olan müəssisələr var ki, “Ulduz” fabriki də belə müəssisələrdəndir. Bu gün fabrik özünün məhsul istehsalında istifadə etdiyi xammal ehtiyatının böyük hissəsini idxal üzərindən həyata keçirir. Yaranmış vəziyyətlə bağlı “Veysəloğlu” şirkəti xaricdən idxal edilərək ölkəyə gətirilən mallara 30%-dək, Ulduz fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir”.
Şirkətin açıqlamasında daha sonra qeyd edilir ki, bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz: “Yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.

16-01-2016, 11:51
Geri qayıt