AFN.AZ / 2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olundu

2017-ci il Azərbaycanda İslam Həmrəyliyi İli elan olundu

Bu il İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək

Azərbaycanda 2017-ci il İslam Həmrəyliyi İli elan olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Qeyd edək ki, bu il 12-22 may tarixlərində IV İslam Həmrəyliyi Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək. İdman oyunlarında 21 idman növü üzrə 57 dövlətin 6 000 yaxın idmançısının mübarizə aparacağı nəzərdə tutulub.
10-01-2017, 14:50
Geri qayıt